ADRA kollektivindən təqdirəlayiq addım
Tarix: 02.10.2019 | Saat: 19:39:00 | E-mail | Çapa göndər


Yaşlı nəslə hörmət və ehtiram xalqımıza məxsus qədim dəyərlərdəndir. Xalqın milli ruhunu və mənəvi zənginliyini məhz onların timsalında duyuruq. 1 oktyabr – Beynəlxalq Ahıllar Günü münasibəti ilə Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin kollektivi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bilgəh qəsəbəsində yerləşən Müharibə və əmək əlilləri üçün pansionatında olub. Görüşdə yaşlıların ilin hər günündə diqqət və qayğıya layiq olduqları və ADRA kollektivinin bu əlamətdar tarixdə yaşlı nəslin nümayəndələri ilə birlikdə olmaqdan məmnunluq hissi keçirdiyi vurğulanıb. Qeyd edilib ki, Prezident cənab İlham Əliyevin və birinci vitse-prezident Mehriban xanım Əliyevanın göstərişi ilə Azərbaycanda ahıl insanlara dövlət qayğısı ildən-ilə artır və onlar daima dövlətin diqqətindədirlər. Müəssisənin sakinləri göstərilən yüksək qayğıya görə təşəkkürlərini bildiriblər. Daha sonra Agentlik nümayəndələri sakinlərə sovqat təqdim ediblər.
Qeyd edək ki, BMT Baş Məclisinin 1992-ci ildə ahılların müdafiəsi ilə bağlı qəbul etdiyi qətnaməyə uyğun olaraq, hər il 1 oktyabr bütün dünyada Beynəlxalq Ahıllar Günü kimi qeyd edilir.
Tural





 
Bölməyə aid digər xəbərlər
14.10.2019
Akademik Vasim Məmmədəliyevlə vida mərasimi keçirilib
14.10.2019
“Azərxalça”nın Ağdam filialında “Qarabağ da, Qarabağ xalçası da Azərbaycanındır” mövzusunda tədbir keçirilib
14.10.2019
DİN post-patrul xidmətinə qəbulla əlaqədar müsabiqə elan edir
14.10.2019
İki Milli Qəhrəmanın anım günü qeyd olunub
14.10.2019
Quba ASAN Xidmətində sosial sahibkarliq proqraminin təqdimati keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10914

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Azərbaycanda sifilis xəstəliyinə yoluxmuş insanların sayı artıb
3 Ankarada “Buta Bakı“
4 Prezident Əli Əsədovun Baş nazir təyin edilməsi haqqında Sərəncam imzalayıb
5 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info