Başsız robot pişik stresslə mübarizədə kömək edəcək-VIDEO
Tarix: 02.10.2019 | Saat: 19:57:00 | E-mail | Çapa göndər


Yaponiyanın "Yukai Engineering" şirkəti başsız robot pişik təqdim edib.

"Belta" resursu yazır ki, Berlində keçirilən "IFA-2019" sərgisində nümayiş olunan yeni qurğunun əsas vəzifəsi insana stresslə mübarizə aparmaqda kömək etməkdir.

Məlumata görə, başsız robot pişik canlı heyvanların etdiyi kimi quyruğunu yelləyir. "Qoobo" adlı texnologiyanın effektivliyi aparılan bir neçə psixoloji test zamanı sübuta yetirilib.

Robot pişik tumarlanan zaman tərpənməyə başlayır və quyruğunu bulayır. Qurğunun effektivliyi bir neçə könüllünün üzərində aparılan sınaqlarda qiymətləndirilib. Şirkət mütəxəssisləri könüllülərin stress səviyyəsini qiymətləndirdikdən sonra onlara robot pişiyi tumarlamağa icazə veriblər. Bu proses başa çatdıqdan sonra sorğu keçirilib.

Tədqiqatdan məlum olub ki, qurğu insana apatiya və yorğunluq səviyyəsini, eləcə də gərginliyi azaltmağa imkan verib və depressiya ilə mübarizə aparmağa kömək edib. İndiyədək satılan "Qoobo" qurğularının sayı 10 min təşkil edir




 
Bölməyə aid digər xəbərlər
15.10.2019
İtalyanlar cavanlığın sirrini açdı: Buna diqqət edin
14.10.2019
Əkizlərin ana bətnində savaşı
14.10.2019
Böyük Britaniyada xalis qızıldan bank kartları hazırlanır
13.10.2019
İran kosmosa öz astronavtını göndərmək niyyətindədir
13.10.2019
Elektron siqaret ilə xərçəng arasında əlaqə tapıldı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10915

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Azərbaycanda sifilis xəstəliyinə yoluxmuş insanların sayı artıb
3 Ankarada “Buta Bakı“
4 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub
5 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info