Dağlıq Qarabağın erməni icması zülmkar rejimdən qurtulmalı, azərbaycanlı icması ilə birgə yaşayışa can atmalıdır
Tarix: 03.10.2019 | Saat: 02:58:00 | E-mail | Çapa göndər



İşğalçı Ermənistan hakimiyyəti və onun Dağlıq Qarabağdakı əlaltıları olan cinayətkar xunta rejimi bizim öz torpaqlarımıza geri dönmək əzmində olduğumuzu anlamalıdır. Təcavüzkar ölkə başa düşməlidir ki, o, tez bir zamanda işğalçı qüvvələrini bizim ərazilərdən çıxarmalıdır. Biz növbəti səfərimizi təmas xəttinin digər tərəfinə edəcək, işğal altında olan ərazilərimizi azad edəcəyik.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Xocavənd rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsinin 27-ci ildönümü ilə əlaqədar Beyləqan rayonu ərazisindəki Yeni Xocavənd qəsəbəsində keçirilən anım mərasiminin iştirakçısı, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə Heyətinin sədri, icma rəhbəri Tural Gəncəliyev bildirib.
Dağlıq Qarabağın erməni icmasına müraciət ünvanlayan Tural Gəncəliyev onları qondarma rejimin əsarətindən xilas olmağa çağırıb. “Dağlıq Qarabağda həm Ermənistan hakimiyyətinin, həm də oradakı cinayətkar xunta rejiminin əsarəti altında olan erməni icması tez bir zamanda öz səhvlərini başa düşməlidir. Onlar zülmkar rejimdən qurtulmalı, yenidən azərbaycanlı icması ilə birgə yaşayışa can atmalıdırlar”, - deyə ictimai birliyin idarə heyətinin sədri vurğulayıb.




 
Bölməyə aid digər xəbərlər
23.10.2019
Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı regionda təhlükəsizliyə təhdid yaradır
23.10.2019
“ABŞ tərəfdən verilən vədlər tam mənada yerinə yetirilmədi”
22.10.2019
“Avropalı müttəfiqlər Türkiyəni daha çox dəstəkləməlidir”
22.10.2019
Maksim Şevçenko: Aİ Azərbaycandakı aksiyadan narahatlıq ifadə etməkdənsə, İspaniya hökumətinə qarşı bəyanatlar versin
21.10.2019
Zəfərin Komandanı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10924

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 “Polşada yeni müstəvidə və daha innovativ fəaliyyətə başlayırıq”
3 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 SON DƏQİQƏ: Ərdoğan və Putin razılaşdı - Türkiyə tarixi diplomatik qələbə qazandı...


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info