“Kaspersky Lab”-dan fişinq hücumların artması ilə bağlı xəbərdarlıq
Tarix: 03.10.2019 | Saat: 11:01:00 | E-mail | Çapa göndər


“Kaspersky Lab” fırıldaqçıların elektron ünvanlara səsli mesajlar haqqında bildirişlər göndərən yeni genişmiqyaslı spam kampaniyasını aşkarlayıb.
Cinayətkarların istifadə etdiyi sxem belədir: korporativ istifadəçi səsli mesajın göndərilmə vaxtı, səsin müddəti eləcə də, yarımçıq “Just checking to remind you in regards to our…” cümləli məktub alır. Səsli mesajı dinləmək üçün istifadəçiyə “Microsoft”un məşhur xidmətlərindən birinə, məsələn, “Outlook” poçtuna daxil olmaq adı altında fişinqli linkə keçmək təklif olunur. Əgər istifadəçi “Sistemə giriş” düyməsini basırsa, məlumatlar cinayətkarların resursuna göndərilir, istifadəçi isə inandırılmaq üçün real səsli mesajlaşma xidmətinin təsviri olan sayta yönləndirilir.
Loqin və şifrələri əldə etmək üçün istifadə olunan məşhur vasitələrdən biri də çatdırılma növbəsində gözləyən məktublar barədə fişinq mesajların göndərilməsidir. İstifadəçi onları qəbul etmək üçün linkə keçməli və identifikasiya səhifəsində korporativ hesabdan məlumatları daxil etməli olduğunu bildirən bildiriş görür. Əslində isə bu saxta bildirişdir.
“Hesab edirik ki, bu kampaniyanın məqsədi məxfi kommersiya məlumatlarına çıxış əldə etməkdir, çünki bu hücumlar xüsusi olaraq korporativ istifadəçilərə yönəlib. Fişerlər bilirlər ki, işçilər əhəmiyyətli məktub və ya səsli mesajları qaçırmaqdan çəkinirlər. Buna görə də inandırıcı fırıldaqlara əl atırlar. Cinayətkarlar metodlarını fəal şəkildə inkişaf etdirirlər. Bunun qarşısını almaq üçün şirkətlər diqqətli olmalı və yüksək keyfiyyətli antifişinq texnologiyalarını ehtiva edən etibarlı təhlükəsizlik həllərindən istifadə etməlidirlər", - bunu “Kaspersky Lab” şirkətinin baş spam-təhlilçisi Mariya Vergelis deyib.
"Fişinq ən sürətlə böyüyən kiber təhlükədir. Əldə etdiyimiz məlumatlara görə, 2018-ci ildə hücumların orta aylıq sayı 350% -dən çox artıb. Bu növ təhdiddən qorunmağın effektiv yolu çoxfaktorlu identifikasiyadır. Onun SMS kodla deyil, mobil identifikator həllinin “soft-token” proqramı ilə birlikdə istifadə edilməsi daha yaxşı olar. Bundan başqa, şirkətlərə kiber təhlükəsizlik sahəsində işçilərin məlumatlılığını artırmaq üçün mütəmadi təlimlər keçirməyi tövsiyə edirik", - bunu “Microsoft” şirkətinin Mərkəzi və Şərqi Avropa ölkəri üzrə informasiya təhlükəsizliyi proqramlarının rəhbəri Artyom Sinitsin deyib.
Fişinq hücumlardan effektiv qorunmaq üçün “Kaspersky Lab” şirkətlərə bunları tövsiyə edir:
• İşçilərə rəqəmsal savadlılığın əsaslarını öyrədin: naməlum mənbələrdən gələn elektron məktubları açmamaq; gizli məlumatları yalnız identifikasiyası effektiv olan etibarlı bulud xidmətlərində saxlamaq; rəsmi mənbələrdən yüklənmiş ligitim proqram təminatlarından istifadə etmək. İşçilərin kiber savadlılığının artırılmasına, məsələn, Kaspersky Automated Security Awareness Platform kömək edə bilər.


• Zərərli proqram təminatından, şifrələnmə və fişer hücumlardan qoruyan etibarlı həll istifadə edin Məsələn, biznes üçün Kaspersky Total Security tövsiyə olunur. Bu həll həmçinin poçt serverləri üçün də qorunmanı təmin edir.
Spamerlərin fəaliyyətləri barədə daha ətraflı məlumat almaq üçün linkə daxil olun: https://www.kaspersky.ru/blog/fake-voice-mail-spam/23696/





 
Bölməyə aid digər xəbərlər
15.10.2019
İtalyanlar cavanlığın sirrini açdı: Buna diqqət edin
14.10.2019
Əkizlərin ana bətnində savaşı
14.10.2019
Böyük Britaniyada xalis qızıldan bank kartları hazırlanır
13.10.2019
İran kosmosa öz astronavtını göndərmək niyyətindədir
13.10.2019
Elektron siqaret ilə xərçəng arasında əlaqə tapıldı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10915

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Azərbaycanda sifilis xəstəliyinə yoluxmuş insanların sayı artıb
3 Ankarada “Buta Bakı“
4 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub
5 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info