“Bu şəbəkə əməllərinin qanunsuz olduğunu bildiyi halda, nədən açıq qarşıdurmaya gedib?”
Tarix: 03.10.2019 | Saat: 11:47:00 | E-mail | Çapa göndər


Son günlər bir qanunsuz ev tikintisi məsələsi ilə bağlı Dövlət Neft Şirkətinin (SOCAR) təhlükəsizlik idarəsinin əməkdaşları ilə bir qrup şəxs arasında yaranmış insident şişirdilərək ictimaiyyətə yanlış yöndən təqdim edilməyə başlanılıb. Hətta ilk günlərdə bu kimi olaylarda maraqlı olan bəzi qüvvələr guya polisin “qazi”ləri incitməsi haqqında məlumatlar da yaydılar. Məsələ konteksdən çıxdığı üçün artıq ziyalılar, ictimaiyyət nümayəndələri real durumun fərqli olması ilə bağlı öz fikirlərini bildirirlər. Buna misal olaraq Mətbuat Şurasının sədr müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşviq Ələsgərlinin hadisə ilə bağlı şişirdilmiş yanlış məlumatların yayılması haqqında olan fikirlərini göstərmək olar. O deyib : “Ölkədə təqribən 49.692 nəfər müharibə veteranı, 11.994 nəfər Qarabağ əlili, 12.898 nəfər Şəhid ailəsi var. Onların haqlarının qorunması, sosial təminatları üçün təqribən 50-yə yaxın təşkilat qurulub, fəaliyyət göstərir. Həmin 50 təşkilatdan təqribən 6-sı çox məşhurdur, təkcə üzvləri tərəfindən deyil, ölkədə ictimai fəal olan hər kəs tərəfindən tanınır. “Qarabağ Qaziləri” İctimai Birliyini, Azərbaycan “Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyini, “Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdafiəsi” İctimai Birliyini, "Azərbaycan Vətən müharibəsi veteranları Birliyi"ni tanımayan, yəqin ki, yoxdur. Amma bu 50 təşkilatdan, həmçinin, onların sırasında ən fəalı olan 6 təşkilatdan heç biri Hacıyev Məmmədəli İsgəndər oğlunu nə “Qarabağ müharibəsi veteranı, nə də bu müharibədə əlil olmuş şəxs kimi tanımır. Məmmədəli Hacıyevin, özünü 2-ci qrup Qarabağ qazisi adlandıran Kənan adlı şəxsin “Qarabağ qazisi” adı altında SOCAR əməkdaşları ilə yaratdıqları insident zamanı bu şəxslərin “müharibə veteranı” və ya “Qarabağ əlili” olmaları yuxarıda sadalanan təşkilatlar tərəfindən təsdiqini tapmadı. Bu təşkilatlardan hər hansı birinin bəyanat yaymaması, Məmmədəli Hacıyevin, həmçinin, Kənanın müdafiəsinə qalxmaması maraqlı deyilmi? Axı, əlillərlə, müharibə veteranları ilə bağlı yaşanan ən xırda insident belə həmişə diqqət mərkəzində olub, ictimailəşdirilib, yuxarıda sadalanan 50 təşkilat tərəfindən həmin əlil və ya qazi şəxslər müdafiə olunublar. İndi bu təşkilatların susqunluq göstərməsi maraqlı deyilmi?
Bəlli olur ki, özlərini “Qarabağ qaziləri” kimi qələmə verən bu şəxslərin sənədləri dolaşıqdır, şübhəlidir. Məmmədəli Hacıyevin ləqəbi “Tikinti Mamed”dir. O, Qarabağ uğrunda döyüşlərdə iştirak etməyib, əldə etdiyi saxta əlillik kağızını isə ötən illərdə nazirlik ləğv edib. “Mamed əvvəllər Mehdi Mehdiyevin sədrlik etdiyi Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin üzvü olub. Sonradan elə Mehdi Mehdiyev onu üzvlükdən çıxarıb, nazirliyə də müraciət edib ki, bu adam Qarabağ uğrunda döyüşlərdə iştirak etməyib. Bu müraciətdən sonra onun əlilliyi ləğv edilib".
Yayılan informasiyaların təhlili onu göstərir ki, qanunsuz ev tikintisi məsələsinə görə Dövlət Neft Şirkətinin (SOCAR) təhlükəsizlik idarəsinin əməkdaşları ilə insident yaradan qrupun Qarabağ savaşına aidiyyətləri yoxdur. Düzdür, məsələnin mahiyyətini bilməyən, informasiya çaşqınlığı səbəbindən hadisə yerinə gələn, sadəcə həmrəylik xatirinə “evi sökülənləri” müdafiə edənlər sırasında 4 nəfər real “Qarabağ əlili” də var. Amma bu, hadisənin mahiyyətini dəyişmir. İnsident Bakıda özlərini “Qarabağ əlili” və “Qarabağ qaziləri” kimi qələmə verən, bu adlardan istifadə edib qanunsuz işlər görən, qanunsuz gəlir əldə edən şəbəkə tərəfindən törədilib.
Məsələ araşdırılır, yəqin ki, özünün real hüquqi qiymətini alacaq. Amma ortada aydın olmayan bir məqam var. Bu şəbəkə öz əməllərinin qanunsuz, cinayət xarakterli olduğunu bildiyi halda, nədən açıq qarşıdurmaya gedib? Qarşıdurma yaranacağı təqdirdə işin araşdırılacağını, əməllərinin ortaya çıxacağını bilmirdilərmi? Səsli küylü insident təsadüfənmi ortaya çıxıb, yoxsa belə insidentin yaşanmasında maraqlarımı var? Birmənalı demək çətindir. Amma proseslərin təhlili ortada koordinasiya olunmuş bir fəaliyyətdən xəbər verir. Müxalifətin aktivləşməsi, Bakının mərkəzində icazəsiz aksiyalar haqqında qərar verməsi, bu qərarlarını əsaslandırmaq üçün əhalinin sosial baxımdan həssas təbəqələrinin “problemlərinə” istinad etmələri və belə qarışıq bir durumda “əlillərlə dövlət qurumu arasında insident yaşanması” heç təsadüfi məsələyə oxşamır. Çox aydın şəkildə hiss olunur ki, ortada koordinasiya olunmuş bir fəaliyyət var. Maraqlıdır ki, fəaliyyətin digər tərəfində kim dayanıb? İnsident anında heç bir araşdırma aparmadan onu “dövlət Qarabağ qazilərini əzir” kimi qələmə vermək, bir anın içində bütün dünyaya yaymaq təsadüfənmi baş verdi? Ayrı-ayrı müxalif mərkəzlər tərəfindən yayılan, şişirdilən, təhrif olunan bu açıqlamaların yayılma tezliyinə, tezislərinə diqqət edəndə elə təəssürat yaranır ki, sanki öncədən hazırlaşıb, hazır dayanmış, məhz insidentin baş verməsini gözləyənlər var imiş”.
Tural





 
Bölməyə aid digər xəbərlər
29.10.2020
Ceyhun Bayramovun Cenevrə səfərinin vaxtı dəyişdirilib
28.10.2020
Ceyhun Bayramov və ABŞ Dövlət katibinin müavini arasında telefon danışığı olub
28.10.2020
Bölmələrimiz şəhər və rayonlarımıza atəş açan düşməni məhv edib
28.10.2020
Ermənistan mülki insanlarımıza hücumları davam etdirsə, lazımi tədbirlər görüləcək - Prezidentinin köməkçisi
28.10.2020
Bərdəyə kasetli bomadan hücum Azərbaycan xalqına qarşı növbəti soyqırımdır - Hikmət Hacıyev

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11802

1 Birinci vitse-prezident Mehriban Əliyeva: Bu gün Prezident İlham Əliyev başda olmaqla Azərbaycan xalqı yeni tarix yazır
2 Manqal salatı
3 Əriştədən bir ailənin 9 üzvü öldü
4 İsraildən Azərbaycana humanitar yardım
5 Burunda olan tükləri kəsmək olmaz...


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info