Paşinyanın dünyada qəbul olunmamasının səbəbi onun yürütdüyü qeyri-konstruktiv siyasətdir
Tarix: 03.10.2019 | Saat: 12:32:00 | E-mail | Çapa göndər



Avrasiya İqtisadi İttifaqının zirvə toplantısının Yerevanda keçirilməsinə və Baş nazir Nikol Paşinyanın sammitdən öncə apardığı təbliğat kampaniyasına, hətta BMT Baş Assambleyasının kürsüsündən Rusiya-Ermənistan münasibətləri ilə bağlı səsləndirdiyi mübaliğəli fikirlərə baxmayaraq, gözlənilən nəticə əldə olunmadı. Sammitdən əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun Putinin Yerevana səfərinin rəsmi xarakter daşımadığını və Rusiyanın dövlət başçısının Ermənistana yalnız zirvə toplantısında iştirak etmək üçün gedəcəyini söyləməsini əslində Nikol Paşinyanın ümidlənməməsi üçün verilən xəbərdarlıq xarakterli bəyanat kimi də dəyərləndirmək olardı.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi ekspert Elçin Mirzəbəyli söyləyib.
Ekspert qeyd edib ki, rəsmi Yerevan ənənəvi olaraq bu xəbərdarlığı da dəyərləndirə bilmədiyi üçün xəyal qırıqlığına uğradı və zirvə toplantısının Yerevanda keçirilməsi, nəticə etibarilə, Nikol Paşinyanın bacardığı ən yaxşı işlə - baş nazirin selfi çəkilişləri ilə yadda qaldı. Bundan öncə də Ermənistanın baş nazirinin ABŞ Prezidenti Donald Trampla görüşmək üçün göstərdiyi səylərin necə boşa çıxdığı, erməni diasporunun və lobbisinin apardığı genişmiqyaslı kampaniyanın da necə puça çıxdığı müşahidə olundu. Bütün bunlar hakimiyyətə küçədən gəlişi zamanı ətrafında ajiotaj yaradılan Nikol Paşinyanın beynəlxalq səviyyədə bir lider kimi qəbul olunmadığının, onun qondarma “demokrat” imicinin də iflasa uğradığının göstəricisidir.

Elçin Mirzəbəyli qeyd edib ki, hakimiyyətdə olduğu qısa müddət ərzində Nikol Paşinyanın istər ölkə daxilində atdığı addımlar, istər Ermənistanın ənənəvi tərəfdaşlarına münasibətdə sərgilədiyi qeyri-müəyyən davranışlar, istərsə də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı verdiyi ziddiyyətli bəyanatlar onun öhdəliklərinə sadiq qalmağı bacarmayan siyasətçi obrazını tam çılpaqlığı ilə ortalığa qoydu. Şübhəsiz ki, qlobal güc mərkəzlərinin liderlərinin belə bir şəxslə görüşmək istəməməsi təbii qəbul olunmalıdır. Paşinyanın dünyada qəbul olunmamasının səbəbi onun yürütdüyü qeyri-konstruktiv siyasət, bölgədə və dünyada mövcud olan reallıqları bilməməsi və ya nəzərə almamasıdır.

Siyasi ekspert vurğulayıb ki, istənilən müqayisə qüsurludur, amma həqiqət də müqayisədə ortalığa çıxır. Təkcə son bir il ərzində biz Azərbaycan Prezidenti İlham Əliyevin dünya liderləri ilə çoxsaylı görüşlərinin, istər dünyanın aparıcı güclərinin dövlət başçılarının, eləcə də nüfuzlu beynəlxalq təşkilatlarının, güc mərkəzlərinin rəhbərlərinin Azərbaycana, həmçinin Prezidentin xarici ölkələrə səfərləri zamanı dövlətimizin başçısının regional və qlobal proseslərdə fəal iştirak edən və söz sahibi olan, öhdəliklərinə sadiq qalan lider kimi qəbul edildiyinin şahidi olmuşuq. Prezident İlham Əliyevin şəxsi nüfuzu və liderlik keyfiyyətləri nəticəsində Azərbaycan qlobal proseslərin müzakirə olunduğu ölkə statusunu qazanıb. Dünyanın aparıcı siyasi və hərbi güc mərkəzlərinin yüksək statuslu təmsilçilərinin Bakıda keçirilən görüşləri, Azərbaycanın təşəbbüsü ilə gerçəkləşən üçtərəfli və çoxtərəfli regional və subregional əməkdaşlıq platformaları da bunu sübuta yetirir. Prezident İlham Əliyevin dünyanın məşhur “beyin mərkəzləri”ndən biri olan “Valday” Beynəlxalq Diskussiya Klubunun plenar iclasına dəvət olunması, habelə keçirilməsi nəzərdə tutulan çoxsaylı yüksək səviyyəli görüşlər də dövlətimizin başçısına dünyada olan böyük hörmətin göstəricisidir.
Qeyd edib ki, indiyədək Klubun işinə 74 ölkədən dünya elmi birliyini təmsil edən 1000-dən çox nümayəndə, o cümlədən Harvard, Kolumbiya, Corctaun, Stenford, Karlton, Sarbonna, London, Qahirə, Tehran, Tokio, Təl-Əviv və digər universitetlərin tanınmış professorları qatılıb. Finlandiya, Çexiya, Avstriya, Fransa, İtaliya, İran, CAR və digər ölkələrin prezidentləri və baş nazirləri “Valday” klubunun qonağı olublar.
Ekspert bildirib ki, Rusiya Prezidenti Vladimir Putin Klub yarandığı vaxtdan hər il diskussiyaların iştirakçıları ilə görüşür və ətraflı fikir mübadiləsi aparır. Digər ölkələrin rəhbərləri bu tədbirlərə məhdud sayda dəvət olunurlar. Hazırda keçirilən tədbirdə də bir neçə ölkənin rəhbəri iştirak edir. “Valday” Klubu 2018-ci ildə bütün dünyanın diqqət mərkəzində olan Rusiya-Çin konfransının və Rusiya-İran dialoqunun təşkilatçısı olub. Ötən ilin iyun ayında Klubun diskussiya meydanında məhz bu məqsədlə Rusiyaya səfər edən BMT-nin Baş katibi Antonio Quterreşlə görüş keçirilib.




 
Bölməyə aid digər xəbərlər
23.10.2019
“ABŞ əsgərləri 4 həftədən sonra buradan ayrılacaq”
23.10.2019
‘‘Türkiyә terrorla mübarizәdәki qәtiyyәtini dünyaya göstәrdi’’
23.10.2019
Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı regionda təhlükəsizliyə təhdid yaradır
23.10.2019
“ABŞ tərəfdən verilən vədlər tam mənada yerinə yetirilmədi”
22.10.2019
“Avropalı müttəfiqlər Türkiyəni daha çox dəstəkləməlidir”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10924

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 “Polşada yeni müstəvidə və daha innovativ fəaliyyətə başlayırıq”
3 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 SON DƏQİQƏ: Ərdoğan və Putin razılaşdı - Türkiyə tarixi diplomatik qələbə qazandı...


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info