“Belarus-Azərbaycan İcmaları Konqresi Azərbaycanın milli maraqlarına qarşı yönəlmiş hərəkətlərə imkan vermir”
Tarix: 03.10.2019 | Saat: 13:11:00 | E-mail | Çapa göndər


“Son bir neçə gündə mətbuatda və sosial şəbəkələrdə Belarusda yaşayan, özünü Azərbaycan diasporunun liderlərindən biri kimi göstərən Baxşı Qəmbərovun xoşagəlməz davranışı barədə məlumatlar yer alıb. B. Qəmbərovun Belarus-Azərbaycan İcmaları Konqresi, hətta onun rəhbərliyi ilə heç bir əlaqəsi yoxdur”. Bu fikirlər Belarus-Azərbaycan İcmaları Konqresinin bəyanatında bildirilib.
Bəyanatda qeyd olunur ki, 2013-cü ildə B.Qəmbərov Belarusdakı Azərbaycan diasporunun sıralarını parçalayan hərəkətlərlə əlaqədar Belarus-Azərbaycan İcmaları Konqresinin üzvlərindən xaric edilib: “İndi diaspor üzvləri özləri üçün bu qərarın düzgün olduğunu görürlər. Belarus-Azərbaycan İcmaları Konqresi Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi və Belarus Respublikası Nazirlər Şurası yanında Dini və Etnik İşlər üzrə Müvəkkil İdarəsi ilə əlaqə saxlayan yeganə qurumdur. Belarus-Azərbaycan İcmaları Konqresi Azərbaycanın milli maraqlarına qarşı yönəlmiş hərəkətlərə imkan vermir və imkan verməyəcək. Azərbaycan və azərbaycanlılara qarşı atılan hər bir mənfi addıma qarşı müqavimət göstərəcəyik”.

Fuad




 
Bölməyə aid digər xəbərlər
29.10.2020
Ceyhun Bayramovun Cenevrə səfərinin vaxtı dəyişdirilib
28.10.2020
Ceyhun Bayramov və ABŞ Dövlət katibinin müavini arasında telefon danışığı olub
28.10.2020
Bölmələrimiz şəhər və rayonlarımıza atəş açan düşməni məhv edib
28.10.2020
Ermənistan mülki insanlarımıza hücumları davam etdirsə, lazımi tədbirlər görüləcək - Prezidentinin köməkçisi
28.10.2020
Bərdəyə kasetli bomadan hücum Azərbaycan xalqına qarşı növbəti soyqırımdır - Hikmət Hacıyev

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11802

1 Birinci vitse-prezident Mehriban Əliyeva: Bu gün Prezident İlham Əliyev başda olmaqla Azərbaycan xalqı yeni tarix yazır
2 Manqal salatı
3 Əriştədən bir ailənin 9 üzvü öldü
4 İsraildən Azərbaycana humanitar yardım
5 Burunda olan tükləri kəsmək olmaz...


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info