Fərqanə vilayətinin Kokand şəhərində Azərbaycan-Özbəkistan dostluq gecəsi keçirilib
Tarix: 03.10.2019 | Saat: 14:19:00 | E-mail | Çapa göndər


Azərbaycan Milli Məclisinin deputatı Qənirə Paşayevanın rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti Fərqanə vilayətinin Kokand şəhərində “Şəxsiyyətlər parkı”nda xüsusi təmtaraqla qarşılanıb, parkda tanınmış şair və yazıçıların abidəsi önünə gül-çiçəklər düzülüb, özbək şagirdlər sözügedən şəxsiyyətlərin şeirlərini səsləndiriblər.
Sonra qonaqlar parkdakı “Böyük şəxsiyyətlər” muzeyi ilə tanış olublar. Muzeydəki bir çox eksponatlar, kompozisiyalara baxış keçirilib.
Kokand şəhər musiqili teatrında Azərbaycan-Özbəkistan dostluq gecəsi keçirilib.
Özbəkistan Yazıçılar İttifaqı Fərqanə şöbəsinin rəhbəri, şair Enaxon Suddikova Özbəkistanla Azərbaycan arasında tarixən yaranan dostluq əlaqələrindən danışıb. Qeyd edib ki, Özbəkistanda daim Azərbaycanla münasibətlərə xüsusi önəm verilib, Azərbaycan mədəniyyətinin, ədəbiyyatının olduqca zəngin olduğunu, Nizami Gəncəvi, Məhəmməd Füzulini Özbəklər öz şairləri kimi sevdiklərini və öyrəndiklərini qeyd edib. Yazıçı millətlərimizin ruhunun bir-birinə olduqca yaxın olduğunu və xalqlarımız arasında daim bir könül körpüsünün olduğunu vurğuladı.
Millət vəkili Qənirə Paşayeva bildirib ki, Özbəkistanın şairlər yurdu, 300-dən artıq böyük şair, alim yetişdirmiş Kokand torpağına Azərbaycandan salamlarını çatdırmış, ölkəmizdə Özbəkistana xüsusi sevgi olduğunu bildirib. Tarixən bütün türk dövlətlərinin böyük tarix və mədəniyyət yaratdığını bildirən millət vəkili Kokanddakı Əl-Biruni, Əl-Xarəzmi, İbn Sina və digər mütəfəkkirlərin yaradıcılığını özündə əks etdirən muzeylə tanışlığın onda böyük təsürat yaratdığını söyləyib.
Qənirə Paşayeva özbək xalqının öz köklərinə sayğı və məhəbbətlə yanaşması faktını onu sevindirdiyini, daim xalqlarımız arasında dostluq və qardaşlıq əlaqələrinin davam edəcəyinə inandığını vurğulayıb.
Tədbirdə millət vəkili Qənirə Paşayevaya və Azərbaycanlı qonaqlara Özbək mədəniyyətinə dair hədiyyələr və mükafatlarla təltif edilmişlər.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Azərbaycan-Özbəkistan arasında dostluq əlaqələrindən danışmış, bu ilin 15 sentyabr tarixində Özbəkistanın Kokand şəhərində keçirilən I Beynəlxalq Tətbiqi Sənət Festivalında Azərbaycan Respublikasının yüksək səviyyədə təmsil olunduğunu qeyd edib.
Fərqanə vilayətinə aid olan Kokand və Riştan şəhərlərinin daim öz sənətkarlıqları ilə məşhur olduğunu bildirən diplomat Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə ötən il Özbəkistanın Riştan şəhəri ilə Azərbaycanın İsmayıllı şəhərləri arasında “Qardaşlaşmış şəhərlər” haqqında sənədin imzalandığını bildirib.
Sonra tədbir geniş konsert proqramı ilə davam edib, dosluğa həsr olunmuş, habelə millət vəkili Qənirə Paşayevanın sözlərinə bəstələnən mahnılar ifa edilib.

Tural




 
Bölməyə aid digər xəbərlər
22.10.2019
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin regional idarələri yaradılacaq
22.10.2019
“Haqq mənəm, haqq məndədir”: “Nəsimi ili” çərçivəsində daha bir konsert olacaq
22.10.2019
Azər Paşa Nemətov yenidən Azərbaycan Teatr Xadimləri İttifaqının sədri seçilib
22.10.2019
Folklor Festivalının seçim turunda Masallının “Halay” folklor və “Masallı” rəqs qrupu da çıxış edib
22.10.2019
Ukraynada “Nəsimi İli“nə həsr olunan tədbir televiziyada birbaşa yayımlanıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10924

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 “Polşada yeni müstəvidə və daha innovativ fəaliyyətə başlayırıq”
3 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 SON DƏQİQƏ: Ərdoğan və Putin razılaşdı - Türkiyə tarixi diplomatik qələbə qazandı...


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info