“Ukrayna hər zaman Azərbaycanın ərazi bütövlüyünü tanıyıb”
Tarix: 03.10.2019 | Saat: 17:09:00 | E-mail | Çapa göndər


Bu günlərdə Ukrayna XİN-i öz vətəndaşlarına Dağlıq Qarabağ, Abxaziya və Cənubi Osetiyaya səfər etməməyi tövsiyə edib. Bildirilib ki, ukraynalılar yalnız Azərbaycan və Gürcüstanın rəsmi hakim dairələrindən icazə alaraq, nəzarətsiz ərazilərə səfər edə bilər. Ukrayna Azərbaycan və Gürcüstanın ərazi bütövlüyünü tanıyır.
Eyni zamanda, Ukrayna Ali Radasının deputatları “Qarabağ – Azərbaycandır və bu məsələdə mövqeyimiz dəyişməyəcək!” –deyə vurğulayıblar.
Dağlıq Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında Azərbaycan diasporunun rolundan danışan Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri, hüquq üzrə elmlər doktoru Hikmət Cavadov bildirib ki, müstəqillik dövründən bəri Ukrayna hər zaman Azərbaycanın yanında olub: “Ukrayna hər zaman Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Hətta Ukraynanın ərazi bütövlüyü pozulmadığı vaxtlarda da Azərbaycanın ərazi bütövlüyünə həssas yanaşılıb. Təəssüf ki, son dövrlərdə Ukraynanın ərazisində separatçılıq süni şəkildə inkişaf etdirilib. Donetsk, Luqansk işğal edilib, Krım ilhaq olunub”.
Hikmət Cavadov qeyd edib ki, Ukraynanın Azərbaycanın yanında olması ilə bağlı məsələdə Ermənistan həmişə boş-boş bəyanatlar verib: “Ermənistan işğalçı ölkədir. Üstəlik, Ermənistanda Rusiyanın dominantlıq etməsi heç kimə sirr deyil. Bu məsələdə Ermənistanın müstəqilliyi şübhə altındadır. Rusiya Ermənistan ərazisini qoruyur və hərbi qüvvələri də Ermənistan ərazisindədir. Ermənistan bu məsələlərdə ikili oyun oynasa da, Ukrayna hər zaman Azərbaycanın yanında olacaq”.
Diaspor sədri, yeni prezident Vladimir Zelenskinin azərbaycanlılara olan münasibətindən də söz açıb: “Zelenskiyə gəldikdə, o, Azərbaycanı sevən insandır. Azərbaycanla və azərbaycanlılarla əlaqələri güclüdür. Zelenski prezident olmamışdan qabaq Azərbaycana bir neçə səfər edib. Ukraynada fəaliyyət göstərən diaspor təşkilatlarımız da bu prosesdə fəal olublar. Seçki öncəsi açıq şəkildə Zelenskiyə və onun komandasına dəstək veriblər. Bu da öz növbəsində Zelenskinin apardığı siyasətdə özünü göstərməkdədir. Parlamentdə xeyli dostlarımız var. Bir sözlə, Ukraynada yaşayan azərbaycanlılara münasibət çox yaxşıdır”.

Fuad




 
Bölməyə aid digər xəbərlər
23.10.2019
Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı regionda təhlükəsizliyə təhdid yaradır
23.10.2019
“ABŞ tərəfdən verilən vədlər tam mənada yerinə yetirilmədi”
22.10.2019
“Avropalı müttəfiqlər Türkiyəni daha çox dəstəkləməlidir”
22.10.2019
Maksim Şevçenko: Aİ Azərbaycandakı aksiyadan narahatlıq ifadə etməkdənsə, İspaniya hökumətinə qarşı bəyanatlar versin
21.10.2019
Zəfərin Komandanı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10924

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 “Polşada yeni müstəvidə və daha innovativ fəaliyyətə başlayırıq”
3 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 SON DƏQİQƏ: Ərdoğan və Putin razılaşdı - Türkiyə tarixi diplomatik qələbə qazandı...


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info