Ədliyyə Nazirliyində Xalq rəssamı Tahir Salahov ilə görüş
Tarix: 03.10.2019 | Saat: 17:14:00 | E-mail | Çapa göndər


SSRİ-nin və Azərbaycanın Xalq rəssamı, Sosialist Əməyi Qəhrəmanı, Dövlət mükafatları laureatı Tahir Salahov parlaq ənənələrə malik müasir Azərbaycan rəssamlıq məktəbinin görkəmli nümayəndələrindəndir. Onun mövzu və janr zənginliyi, bədii forma əlvanlığı və estetik kamilliyi ilə seçilən rəsm əsərləri milli sənət xəzinəmizin qızıl fonduna daxildir. Yaratdığı tablolardan ibarət sərgilər rəssama ölkəmizdə və onun hüdudlarından uzaqlarda böyük şöhrət qazandırıb. Dahi fırça ustasının anadan olmasının 90 illik yubileyi münasibətilə keçirilən silsilə tədbirlər, o cümlədən şəxsi kolleksiyasından və digər ekspozisiyalardan ibarət təşkil edilmiş rəsm sərgisi xüsusilə yaddaqalan olub.
Ədliyyə Nazirliyi tərəfindən belə ziyalılarla, görkəmli mədəniyyət xadimləri, ictimaiyyət nümayəndələri ilə mütəmadi görüşlər keçirilir, onların iştirakı ilə tədbirlər təşkil olunur.
Bu günlərdə Xalq rəssamı Tahir Salahov Ədliyyə Nazirliyinin qonağı olub, böyük sənətkarla görüş keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Ədliyyə naziri Fikrət Məmmədov görkəmli rəssamı mehribanlıqla və səmimiyyətlə salamlayıb, onun zəngin yaradıcılığından, müasir təsviri incəsənətin inkişafında rolundan və dəyərli töhfələrindən bəhs edib, bir çox ölkələrin rəssamlıq akademiyalarının üzvü olan T.Salahovun mühüm xidmətlərinin daim yüksək qiymətləndirildiyini, çoxsaylı beynəlxalq mükafatlara və fəxri adlara, ölkəmizin ən ali təltiflərinə - “Heydər Əliyev” ordeninə, “Heydər Əliyev” mükafatına, “İstiqlal” və 1-ci dərəcəli “Əmək” ordenlərinə layiq görüldüyünü vurğulayıb. Bildirilib ki, Tahir Salahovun 90 illik yubileyi ölkəmizdə geniş qeyd olunub. Bu münasibətlə təşkil olunmuş sərgidə dövlətimizin başçısı İlham Əliyevin və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın iştirakı dahi rəssamın yaradıcılığına böyük ehtiramın və diqqətin təzahürü olub. Çoxsaylı ədliyyə işçilərinin də həmin möhtəşəm sərgi ilə tanışlığı unudulmaz zəngin təəssürat bağışlayıb. Həmçinin Tahir Salahovun ecazkar və monumental səhnə tərtibatçılığı ilə bəstəkar Fikrət Əmirovun “Kreml baleti” teatrının bu il Bakıda təqdim etdiyi “Min bir gecə” baletinin böyük maraqla izlənildiyi bildirilib. Çoxsaylı məşhur əsərləri ilə yanaşı, rəssam tərəfindən bəstəkarın hələ 50 il əvvəl yaradılmış portreti heyranlıqla yada salınıb. Nazir görkəmli rəssamın Ədliyyə Nazirliyi ilə sıx və isti münasibətlərini, müasir ədliyyənin rəmzlərinin təsvirlərinin hazırlanarkən verdiyi dəyərli töhfələri qeyd edib.
Dövlətimizin hər zaman incəsənətə və sənət adamlarına xüsusi qayğı ilə yanaşdığını söyləyən Xalq rəssamı Tahir Salahov ümummilli lider Heydər Əliyev ilə bağlı xatirələrini bölüşüb, səmimi və möhkəm dostluğundan danışıb, Ulu Öndərlə həm sovet dönəmində, həm də müstəqillik illərində çoxsaylı görüşlərini xatırladıb, müxtəlif illərdə çəkdiyi rəsmlərindən, xalça üzərindəki əsərlərindən söz açıb. Rəssam böyük ustalıqla yaratdığı dahi şəxsiyyət - Heydər Əliyevin portretinin reproduksiyasını Ədliyyə Nazirliyinə hədiyyə edib. Nazirliyin rəhbər işçilərinin iştirak etdikləri tədbirdə ədliyyə orqanları ilə səmərəli əməkdaşlığa görə böyük sənətkara yubiley medalı, həmçinin onunla bağlı tarixi arxiv sənədləri xatirə kimi təqdim olunub.
Tahir Salahov, həmçinin Ədliyyə tarixi muzeyi ilə tanış olub və Fəxri qonaqlar kitabına ürək sözlərini yazaraq, xalqımızın rifahı naminə nazirliyin fəaliyyətində uğurlar arzulayıb. Sonda xatirə şəkli çəkdirilib.




 
Bölməyə aid digər xəbərlər
19.10.2020
İşğal edilmiş Azərbaycan ərazilərində 82 növ Qafqaz endemi məhv edilib
19.10.2020
DİN vətəndaşlara müraciət edib
18.10.2020
Ad günün mübarək, Nigar, bağışla ki, qonşumuz qaniçən Ermənistandır
17.10.2020
Azərbaycanın 50 siyasi partiyası beynəlxalq və regional təşkilatlara müraciət ünvanlayıb
16.10.2020
Hər kəs can atır ki, cəbhəyə getsin - Quba Ağsaqqallar Şurasının sədri

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11795

1 Azərbaycanın Xalq yazıçısı Afaq Məsud dünya yazıçılarına müraciət edib
2 “Azərbaycan-Pakistan dostluğu əbədidir və sarsılmazdır“ adlı rəsm müsabiqəsi
3 Бакинские армяне призывают Ереван прекратить оккупацию
4 Sergey Markov: “Paşinyan qorxur ki, onu güllələyəcəklər”
5 Aleksey Fenenko: “Paşinyan KTMT-yə ehtiyac duymadığını və dostlarının Qərbdə olduğunu söyləyirdi”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info