“Paşinyanın dövlətçilik təfəkkürü, anlayışı yoxdur”
Tarix: 03.10.2019 | Saat: 17:15:00 | E-mail | Çapa göndər


“Tert. аm”: “Əksər erməni ailələrinin ölkə vətəndaşlığından çıxaraq, Rusiyaya köçməsi İrəvanın gələcək faciəsinin əsasını qoyur”

"Oktyabrın 1-də İrəvanda Avrasiya İqtisadi Birliyinin tədbirində baş nazir Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinlə ayaqüstü də olsa keçirilən iki qısamüdədtli görüşü, Paşinyan öz «Facebook» səhifəsində «parlaq söhbət» kimi təqdim etməkdədir. Təbii ki, hər şeyə öz dar dünyagörüşü çərçivəsindən baxıb ideallaşdırmağa aludə olan erməni baş nazirin «parlaq söhbət»ləri bir çox erməni politoloqları tərəfindən birmənalı qarşılanmayıb. Məsələn, erməni politoloq Qaqik Ambaryan öz şəxsi «Facebook» səhifəsində Paşinyanla Putin arasındakı söhbətin «parlaqlığı» barədə danışmağın hələlik tez olduğunu bildirir. Ambaryanın fikrincə, bu gün Rusiyanın Ermənistana satdığı qazın qiymətində hər hansı bir endirim edəcəyi halda, «parlaq» görüş barədə nəsə mühakimə yürütmək olar. Xatırladaq ki, bu barədə ermənilərin «Tert. am» saytı məlumat yayıb.
Yeri gəlmişkən, qeyd edilməlidir ki, ermənilər hələ də «qaz məsələsində» Kremlin İrəvana güzəştə gedəcəynə ümidlidirlər. Hətta bir müddət bundan əvvəl erməni saytlarına açıqlama verən Nikolun müavini Mqer Qriqoryan, Rusiyanın Ermənistana satacağı qazın tarifinin artmayacağına inandığını tərəddüdlə də olsa, bəyan etmişdi.
Maraqlıdır ki, Mqer Qriqoryandan fərqli olaraq, politoloq Qaqik Ambaryan başqa cür düşünür. Hər şeydən əvvəl qeyd edilməlidir ki, Ambaryan Paşinyanın özündən əvvəlki erməni liderlərindən fərqli olaraq, Rusiya prezidentini hava limanında qarşılamaması ilə bağlı yaradılan eyforiyanı elə də ciddiyə almır. Ambaryana görə, hazırda «Moskva Paşinyanın dövlətçilik təfəkkürünün, anlayışının olmamasından, çox gözəl şəkildə, faydalanır və necə deyərlər, "iştah yeməklə gəlir" şüarı altında İrəvandan daha çox şeylər tələb edir».
Sayt daha sonra Ambaryanın dilindən yazır: «Əgər doğrudan da Paşinyanın Putinlə baş tutan söhbəti «parlaq» olubsa, təbii ki, bu halda, ölkə ictimaiyyəti buna öz qiymətini yetərincə verəcək. Lakin maraqlıdır, Kremlin İrəvana qarşı yaratdığı süni problemlərin heç biri hələ ki, həllini tapmayıb. Məsələn, Rusiya Ermənistana satdığı qazın qiymətində endirin edibmi? Əlbəttə ki, yox! Hətta qarşıdakı illərdə İrəvana satılacaq qazın qiymətində artım olacağı barədə gəzən şaiyələr səngimir. Bu gün Moskvanın Ermənistan üçün yaratdığı başqa bir problem sürücülüklə bağlıdır. Axı nəyə görə Ermənistanın sürücülük vəsiqələri Rusiyada keçərli deyil? Halbuki, Avrasiya İqtisadi Birliyinə daxil olan digər ölkə sürücülərinə bu məhdudiyyət şamiil edilmir. Məgər Yuxarı Larsda erməni sürücüləri üçün süni problemləri yaradan ruslar deyilmi?
Yeri gəlmişkən, son vaxtlar Ermənistan vətəndaşlığından imtina edib Rusiya vətəndaşlığını qəbul edən ermənilərin sayı fəlakətli dərəcəyə çatmaqdadır. Əksər erməninin ailə üzvləri ilə ölkə vətəndaşlığından çıxaraq, Rusiyaya köçməsi İrəvanın gələcək faciəsinin əsasını qoyur».
Erməni politoloqa görə, «gəlin indi gözləyək, görək «parlaq söhbət»i özündən müştəbeh şəkildə erməni xalqının gözünə soxan Paşinyan, yuxarıda sadaladığım problemlərin heç olmasa birini, Rusiya prezidenti qarşısında qaldırıbmı? Əlbəttə ki, inandırıcı görünmür. Çünki Paşinyan o cəsarət sahibi deyil. Məhz bunun nəticəsidir ki, Putin
Paşinyanın dövlətçilik düşüncəsizliyindən layiqincə yararlanır: «Mən bunun gələcəkdə də belə olacağını istisna etmirəm. Məsələn, Ermənistan «sülhməramlı»larının Suriyaya məhz Kremlin təhriki ilə göndərildiyini xatırlayaq. Təbii ki, bu da Ermənistan-Amerika münasibətlərinə təsirsiz ötüşmədi. Belə ki, ötən ay böyük ümidlərlərlə ABŞ-a üz tutun Nikolu, nə Dövlət Departamentinin, nə də Ağ Evin kandarına belə buraxmadılar».
Erməni politoloq vaxtilə Qərbə üz tutacağını bəyan edib, hakimiyyətə gələndən sonra isə rusiyapərəst olan Paşinyanın gələcək planlarının onun üçün maraqlı olduğunu bildirir.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
23.10.2019
‘‘Türkiyә terrorla mübarizәdәki qәtiyyәtini dünyaya göstәrdi’’
23.10.2019
Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı regionda təhlükəsizliyə təhdid yaradır
23.10.2019
“ABŞ tərəfdən verilən vədlər tam mənada yerinə yetirilmədi”
22.10.2019
“Avropalı müttəfiqlər Türkiyəni daha çox dəstəkləməlidir”
22.10.2019
Maksim Şevçenko: Aİ Azərbaycandakı aksiyadan narahatlıq ifadə etməkdənsə, İspaniya hökumətinə qarşı bəyanatlar versin

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10924

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 “Polşada yeni müstəvidə və daha innovativ fəaliyyətə başlayırıq”
3 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 SON DƏQİQƏ: Ərdoğan və Putin razılaşdı - Türkiyə tarixi diplomatik qələbə qazandı...


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info