Radikal müxalifətin anormal qisasçılıq “mesajı”
Tarix: 03.10.2019 | Saat: 17:33:00 | E-mail | Çapa göndər


AXCP rəhbərinin “bolşevik təfəkkürlü” davranışı onu daha da gözdən salır


Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) az qala “əbədi sədr” statusu almış rəhbəri Əli Kərimli ABŞ-da yaşayan müxalif jurnalist Sevinc Osmanqızına verdiyi videomüsahibədə yenə də özünü və ümumilikdə müxalifəti çətin vəziyyətə salıb. Osmanqızının “YouTube”-dəki kanalında çıxış edən Əli Kərimli ötən həftə ifşa olunan AXCP trolları haqqında danışıb bunu etiraf etmək əvəzinə, iqtidarı bu mövzuda tənqid və ittiham, hətta təhdid də edib. Əslində, o videoya baxanlar aşkar sezirlər ki, “öz gözündə tiri görməyib başqasının gözündə tükü seçənlər” misalı kimi, AXCP rəhbəri də hər vəchlə cəbhəçi trolların ifşa olunmasını unutdurmaq üçün trol məsələsində hakimiyyətin üzərinə getməyə çalışır. Adam iddia edir ki, guya hakimiyyət onlara qarşı on minlərlə trol səfərbər edib və s. O qədər gülməli iddiadır ki, hətta Osmanqızının həmin “YouTube”dəki videopaylaşımının altında iddia etdiyi trol yazılarının heç yüzünü görmək olmur, nəinki mini, on mini ola... Məsələn, sözügedən videonun altındakı şərhlərdə bir neçə cəbhəçi trolun, profillərinin hərfini belə dəyişdirmədən, “Əli Kərimli tək və yek liderdir” yazmasını görmək olar. Eləcə də digər oxşar, tapşırılmış şərhlər də orada yer alıb. Bundan başqa, bir cəbhəçi trolun digər cəbhəçi trollar tərəfindən çoxlu bəyənmə qazanmış “Yaşasın ədalətli lider Əli Kərimli!!! Kasıbların, məzlumların yanında olan möhtərəm lider!” şərhi də diqqət çəkir ki, bu da həmin trolların standart şərhlərindən biridir. Yəni AXCP rəhbərinin “Facebook”dakı səhifəsinə nəzər salanlar da dəfələrlə eynilə belə şablon, Əli Kərimlinin adı, statusu, videosu olan hər yerdə yazılan, dəyişdirilməmiş cümlələrin şahidi olarlar. Görün, kim kimi, nədə ittiham edir!
Əvvəla, Əli Kərimlinin öz trol şəbəkəsinin “WhatsApp” qrupundakı səs yazısının ifşa olunmasını ört-basdır etməsi üçün, guya bu “partiyadaxili fəaliyyətdir” deməsi, elə AXCP-nin əzəldən bu işlə məşğul olmasını göstərdi. Yəni bu cür anormal standart cümlələr yazan trolların Osmanqızının kanalında belə, Kərimlini “müqəddəs ata” elan etmələrini görməyə ehtiyac yoxdur. İkincisi isə adamlar trolluğu da normal bacarmırlar, nəinki siyasi mübarizə, müxalifətçilik, iddia etdikləri Elçibəy yolu ola...
Çünki “Yaşasın ədalətli lider” deyəndə, bu cəbhəçi trollar hansı ədaləti nəzərdə tuturlar?! Geniş ictimai qınaq olmadan partiyada mühüm vəzifə tutan və öz ailəsinə amansız davranan birini son ana qədər müdafiə edib cəzalandırmamasını? Yoxsa, ReAl kimi normal müxalifət partiyası ilə əməkdaşlığa getmək əvəzinə, ona trol savaşı elan etməsini? Yaxud da bir müxalifət partiyası rəhbərinin başqa müxalifət partiyasının daxili işlərinə qarışması ədalətdirmi? Yəni qurultaya hazırlaşan Müsavata Tofiq Yaqublunu öyrədib, namizəd kimi göndərilməsi artıq heç kimdə şübhə doğurmur. Bununla bağlı Ramiz Yunus kimi qatı müsavatçı belə, status yazıb “eyni xətti” dəstəklədiyini bildirmişdi... Cəbhəçi trolların “kasıbların yanında olan möhtərəm lider” dedikləri bu adamın nə vaxtsa, hansısa sosial durumu pis olan bir Azərbaycan vətəndaşına yardım etməsini görmüsünüzmü? Özgə vaxtı sayımız yüz minlərlədir deyirsiniz, hanı o yüz minlər ki, heç vaxt çağırış edib bir dəfə də olsun sosial şəbəkələrdə yoxsul birinin xəstəliyi ilə bağlı bank hesabı paylaşmasına diqqət ayırmağını görməmişik. Halbuki yüz minlərlə cəbhəçi olsaydı, bir çağırışınla vəsait toplansaydı, kasıbın yanında olan lider olduğun bəlli olacaqdı. Amma sosial şəbəkələrdən AXCP rəhbəri üçün dezinformasiya yaymaq, ölkədə baş verən bütün hadisələri kontekstdən çıxararaq şişirtmək, hakimiyyəti gözdən salmaq üçün istifadə edirsiniz. Sizi nə sadə Azərbaycan vətəndaşları maraqlandırır, nə sosial durumu aşağı olan kimlərsə, nə də dövlət, dövlətçilik. Sizlərin öz maraqlarınız var ki, bu maraqlarınız üçün də sosial şəbəkə müxalifətinə çevirdiyiniz partiyalarınızın azsaylı üzvlərini trolluğa cəlb edirsiniz. Bir daha deyirik, məlum videonun şərh bölümünə baxanda oxşar standart cümlələrin fotoları belə, trol profillər tərəfindən dəfələrlə, hərfi, cümləsi belə, dəyişdirilmədən yazılması o “möhtərəm liderin” iddia etdiyi iqtidar trollarının yox, məhz cəbhəçi trollara verilən hazır cümlələrin izləridir...
Qısası, Əli Kərimlinin dezinformasiya siyasəti haqqında anormal çıxışı, trol ordusu ilə bağlı iddiaları əvvəlki çıxışları kimi, özünü və partiyasını ifşa ilə diqqət çəkdi. Onu da qeyd edək ki, AXCP rəhbəri verilişin əvvəlində və sonunda “bugünkü trolları nə gözləyir?” sualına partiyanın uzun illərdir ki, göstərdiyi fəaliyyətinə uyğun olaraq, radikal şəkildə cavablar verdi. Yəni o müxalifətə qarşı çıxışlar edən, şərhlər yazan, ortaya öz mövqeyini qoyanları, trol adlandırdığı şəxsləri təhdid edərək “hər kəs öz əməlinə görə məsuliyyətə cəlb ediləcək” deməklə, hakimiyyətə gələcəkləri təqdirdə, bu cür kinlərini ortaya qoyub, amansız qisas alacaqlarını da qeyd etdi. Sevinc Osmanqızı da cavabdan məmnun halda söhbəti sona çatdıraraq deyir ki, “Düşünürəm, hər kəs çıxışınızdan o siqnalları ala bildi. Onların gördüyü işlər cinayətdir. Əminəm ki, trolluğa cəlb edilənlərin iş, maaş cədvəlləri, siyahları var. Bu işin başında duranlar gələcəkdə xaricə qaçmaqla canlarını qurtaracaqlarsa, trolluqla məşğul olanlar məhkəmələrə cəlb ediləcəklər. Ona görə də bunun bir cinayət olmasının fərqində olmalıdırlar”.
Baxın, adam özünün mediadakı “sağ qolu” sayılan Osmanqızının dili ilə, eləcə də öz dili ilə indidən vətəndaşı təhdid edir, gələcəkdə amansızcasına qisas alacaqlarının mesajını və siqnalları verir. Budurmu “möhtərəm lider”iniz, budurmu demokratiya, insan haqları, Qərb dəyərləri, ölkəni gülüstana çevirəcəyinizi iddia etdiyiniz siyasi xətt, əqidə? Biz uzun illərdir yazırıq, ortaya faktlar qoyuruq ki, belə düşüncə tərzi, ittiham, şər və böhtanlar, radikal fəaliyyət və qisasçılıq hissi ilə siyasi fəaliyyət qurulmaz, AXCP-nin bu gedişlə gələcəyi də yoxdur. Amma Əli Kərimli öz düşüncəsində, “bolşevik təfəkküründədir”... Hətta heç bir ay deyil ki, ABŞ-da yaşayan İsmayıl Cəlilov adlı başqa bir müxalif jurnalist də bizim dediyimizi demişdi, Əli Kərimliyə üsyan edən videoçağırış etmişdi ki, cəbhəçi trolları onun profilindən yığışdırsın. “İndi belə anormal və amansız qisasçılıq xətti seçən biri hakimiyyətə gələcəyi təqdirdə, gör medianın başına nə oyunlar açacaq” deyən jurnalist tək də deyil. On gün əvvəl isə AXCP-nin ən sadiq dostlarından olan Ənnağı Hacıbəyli də anormal trol fəaliyyəti, ona olan cəbhəçi trolların hücumları üzündən partiya ilə əlaqəsini kəsdiyini bəyan etdi! Yəni siz nəyi qoyub, nələri axtarırsınız? Hansı qisasçılıq mesajlarından danışırsınız ki, indi öz törətdikləriniz göz önündədir. Bütün bunlar bir daha onu deməyə əsas verir ki, müxalifət partiyalarını “sosial şəbəkə müxalifətinə” çevirənlərdən, nə ölkəyə rəhbər, nə də cəmiyyəti irəli aparacaq bir lider olar!

Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
14.10.2019
Yeni Azərbaycan Partiyasının İcra Katibliyində “Qarabağ Azərbaycandır!” mövzusunda konfrans keçirilib
14.10.2019
Qazaxıstanın birinci Prezidenti, Türk Şurasının fəxri sədri Nursultan Nazarbayev Azərbaycana gəlib
14.10.2019
“Qlobal medianın inkişaf trendləri: Risklər və imkanlar” mövzusunda Bakı Beynəlxalq Media Konfransı keçirilir
14.10.2019
Bakıda Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun yeni inzibati binasının açılışı olub
14.10.2019
Faşizm ideologiyası Ermənistanın dövlət siyasətinə çevrilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10913

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Azərbaycanda sifilis xəstəliyinə yoluxmuş insanların sayı artıb
3 Ankarada “Buta Bakı“
4 Prezident Əli Əsədovun Baş nazir təyin edilməsi haqqında Sərəncam imzalayıb
5 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info