MEK-də “Azərbaycançılıq ideologiyası: ənənə və müasirlik” kitabının təqdimatı olacaq
Tarix: 03.10.2019 | Saat: 19:43:00 | E-mail | Çapa göndər


Azərbaycan Milli Elmlər Akademiyasının Elm Tarixi İnstitutu 04 oktyabr 2019-cu il, saat 15:00-da Mərkəzi Elmi Kitabxanada Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycançılıq ideologiyası: ənənə və müasirlik” adlı layihə çərçivəsində hazırlanmış kitabın təqdimatını keçirəcək. Layihənin rəhbəri AMEA Elm Tarixi İnstitutunun direktoru, tarix üzrə elmlər doktoru Məryəm Həsən qızı Seyidbəylidir.
ETİ-nin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, təqdimatda AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, AMEA-nın həqiqi üzvü, AMEA İctimai Elmlər Bölməsinin akademik-katibi Nərgiz Axundova, AMEA Qafqazşünaslıq İnstitutunun direktoru tarix elmləri doktoru, professor Musa Qasımlı, Fəlsəfə İnstitutunun direktoru, fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə və digər fəxri qonaqlar iştirak edəcəklər.
Müəlliflər kollektivi tərəfindən hazırlanmış kitabda Azərbaycan xalqının siyasi və mənəvi birliyinin, milli dövlətçiliyinin əsasını təşkil edən “Azərbaycançılıq” ideologiyasının tarixi, mənəvi-mədəni kökləri araşdırılır, əsas təkamül mərhələləri nəzərdən keçirilir.
Kitabda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Azərbaycançılıq ideologiyasının nəzəri və əməli inkişafında rolu və xidmətləri, Prezident İlham Əliyevin dövlətçilik fəaliyyətində Azərbaycançılığın inkişafi və digər məsələlər öz əksini tapmışdır. Kitabda, həmçinin müasir dövrdə Azərbaycanda uğurla həyata keçirilən multikulturalizm siyasətinin əsas istiqamətləri və nəticələri, Azərbaycançılıq ideologiyasının və multikultural dəyərlərin dünyada təbliğində Heydər Əliyev fondunun fəaliyyəti və s. məsələlər geniş işıqlandırılır. Kitab milli dövlətçilik məfkurəsinin tarixi və nəzəriyyəsi sahəsində tədqiqatlar aparan mütəxəssilər, eləcə də bu məsələlərlə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur





 
Bölməyə aid digər xəbərlər
19.10.2020
İşğal edilmiş Azərbaycan ərazilərində 82 növ Qafqaz endemi məhv edilib
19.10.2020
DİN vətəndaşlara müraciət edib
18.10.2020
Ad günün mübarək, Nigar, bağışla ki, qonşumuz qaniçən Ermənistandır
17.10.2020
Azərbaycanın 50 siyasi partiyası beynəlxalq və regional təşkilatlara müraciət ünvanlayıb
16.10.2020
Hər kəs can atır ki, cəbhəyə getsin - Quba Ağsaqqallar Şurasının sədri

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11795

1 “Azərbaycan-Pakistan dostluğu əbədidir və sarsılmazdır“ adlı rəsm müsabiqəsi
2 Бакинские армяне призывают Ереван прекратить оккупацию
3 Sergey Markov: “Paşinyan qorxur ki, onu güllələyəcəklər”
4 Aleksey Fenenko: “Paşinyan KTMT-yə ehtiyac duymadığını və dostlarının Qərbdə olduğunu söyləyirdi”
5 Meqan Markl sosial şəbəkələri narkotiklərlə müqayisə edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info