Tahir Gözəl: “Bu, terror da ola bilərdi“
Tarix: 04.10.2019 | Saat: 09:22:00 | E-mail | Çapa göndər


"Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl Avropa Liqasının qrup mərhələsi çərçivəsində Lüksemburqun "Düdelanj" klubu ilə səfər oyununa, eləcə də matçın ilk yarısında qeydə alınan təxribata münasibətini açıqlayıb. Matc.az bildirir ki, Ağdam klubunun rəsmisi 4:1 hesablı qələbə ilə bağlı öncə bunları söyləyib:
"Bu gün stadiondan sevincli çıxıram. Qürur hissi yaşayıram. Rəqib APEOL-ə 4 qol vurmuş komandadı. Bunların hamısı Avropa klublarıdı, yaddan çıxarmaq olmaz. 4:1 hesablı qələbə tarixi hadisədi. Ölkə rəhbərliyini, komandamızı, xalqımızı təbrik edirəm".
Klub rəhbəri oyunda baş verən erməni təxribatından da söz açıb:
"2002-ci ildən "Qarabağ"a sponsorluq edirik. Burada 17 ilin zəhməti var. Minlərlə saat, milyonlarla manat, minlərlə azarkeş... Bunu bir dronla, bir oyunla pozmağa çalışmağın özü bir bədbəxtlikdi. Bu, qarşı tərəfin çarəsizliyidi. Biz təxribata uymadıq. Şəxsiyyətimiz, duruşumuz, oyunumuzla qalib gəldik. "Düdelanj"ın prezidentinə dedim ki, bu, qəbuledilməz bir haldı. Bu təşkilatçılıq cəhətdən böyük qüsurdu. O da bunu qəbul edib, üzr istədi. O, bu təxribatın içində olmadıqlarını bildirdi. UEFA nümayəndəsi məsələni araşdıracaqlarını qeyd etdi. Bildirdim ki, UEFA bu məsələdə diqqətli olmalıdı. Bu, terror aktı da ola bilərdi. Bunun qarşısı alınmalıdı. Özü də bu durumun fərqində olduğunu bildirdi".




 
Bölməyə aid digər xəbərlər
23.10.2019
‘‘Türkiyә terrorla mübarizәdәki qәtiyyәtini dünyaya göstәrdi’’
23.10.2019
Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı regionda təhlükəsizliyə təhdid yaradır
23.10.2019
“ABŞ tərəfdən verilən vədlər tam mənada yerinə yetirilmədi”
22.10.2019
“Avropalı müttəfiqlər Türkiyəni daha çox dəstəkləməlidir”
22.10.2019
Maksim Şevçenko: Aİ Azərbaycandakı aksiyadan narahatlıq ifadə etməkdənsə, İspaniya hökumətinə qarşı bəyanatlar versin

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10924

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 “Polşada yeni müstəvidə və daha innovativ fəaliyyətə başlayırıq”
3 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 SON DƏQİQƏ: Ərdoğan və Putin razılaşdı - Türkiyə tarixi diplomatik qələbə qazandı...


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info