Prezidentin köməkçisi: Vəkillərə dövlət tərəfindən ödənilən məbləğ 3 dəfə artırılıb
Tarix: 04.10.2019 | Saat: 14:18:00 | E-mail | Çapa göndər


Aztəminatlı şəxslərə pulsuz hüquqi yardım göstərilməsi ilə bağlı vəkillərə dövlət tərəfindən ödənilən məbləğ 3 dəfə artırılıb. Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi - şöbə müdiri Fuad Ələsgərov Azərbaycan Vəkillər Kollegiyası və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin birgə təşkilatçılığı ilə, Azərbaycanda vəkillik peşəsi ilə bağlı yubiley tədbirlər çərçivəsində “Güclü və nüfuzlu vəkillik – müasir dövrün çağırışları” mövzusunda keçirilən beynəlxalq konfransda deyib. Onun sözlərinə görə, bununla bağlı Prezident İlham Əliyevin Azərbaycanda vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında 2018-ci ilin fevral ayında imzaladığı sərəncam vacib addımların bariz nümunəsidir:

"Sərəncamda ədalət mühakiməsinin səmərəli fəaliyyəti üçün güclü və nüfuzlu vəkillik təchizatının əhəmiyyəti xüsusi qeyd olunub. Həmin sənəddə bu təsisatın təkmilləşdirilməsi məqsədilə nəzərdə tutulmuş tədbirlərin əsas istiqamətləri ölkənin regionlarında vəkillik qurumlarının fəaliyyətinin genişləndirilməsi, Vəkillər Kollegiyasının maddi-texniki təminatının daha da yaxşılaşdırılması, habelə aztəminatlı şəxslət üçün hüquqi xidmətlərin əlçatanlığının artırılmasıdır. Sərəncama əsasən aztəminatlı şəxslərə pulsuz hüquqi yardımın göstərilməsi ilə bağlı vəkillərə dövlət tərəfindən ödənilən məbləğ 3 dəfə artırılıb. Eyni zamanda sərəncamda Vəkilllər Kollegiyasına bir sıra tövsiyələr verilib, xüsusilə gənc hüquqşünasların vəkilliyə cəlb edilməsi yolu ilə ölkədə vəkillərin sayının artırılması tövsiyə olunub. Kollegiya rəhbərliyinin bu istiqamətdə məqsədyönlü fəaliyyəti nəticəsində ölkədə vəkillərin sayı demək olar ki, iki dəfə artıb və bu proses davam edir".




 
Bölməyə aid digər xəbərlər
14.10.2019
Bakıda Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun yeni inzibati binasının açılışı olub
14.10.2019
Faşizm ideologiyası Ermənistanın dövlət siyasətinə çevrilib
14.10.2019
Qırğızıstan Prezidenti Azərbaycana səfərə gəlib
14.10.2019
III Reyxin simvolları Ermənistanın siyasi-ictimai həyatında
14.10.2019
“QALA“ rəhbəri Türkiyənin Salonikidəki Baş konsulu ilə görüşüb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10913

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Azərbaycanda sifilis xəstəliyinə yoluxmuş insanların sayı artıb
3 Ankarada “Buta Bakı“
4 Prezident Əli Əsədovun Baş nazir təyin edilməsi haqqında Sərəncam imzalayıb
5 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info