Azərbaycan ilə Gürcüstan turizm sahəsində əməkdaşlıq edəcək
Tarix: 04.10.2019 | Saat: 14:52:00 | E-mail | Çapa göndər


“Azərbaycan ilə Gürcüstan turizm sahəsində rəqabət deyil, əməkdaşlıq mühitində fəaliyyət göstərəcək”. Bu fikirlər Gürcüstanda səfərdə olan Azərbaycan Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevin oktyabrın 4-də Gürcüstan Milli Turizm Administrasiyasının rəhbəri Mariam Kvrivişvili ilə görüşündə səslənib.
Söhbət zamanı iki ölkə arasında turizm sahəsində əməkdaşlıq, birgə turların təşkili, həmçinin, sərgilərdə birgə stendlərin nümayişi kimi mövzular müzakirə edilib və bu barədə ilkin razılıq əldə olunub.
Bildirilib ki, Azərbaycan ilə Gürcüstanı yaxın dostluq və qonşuluq əlaqələri birləşdirir. Hər iki ölkənin müvafiq qurumları bu mövqedən çıxış edərək turizm sahəsində rəqabət mühitində deyil, birgə səmərəli əməkdaşlıq mühitində fəaliyyət göstərəcəklər. Bunun da regionda turizmin inkişafına öz töhfəsini verəcəyi diqqətə çatdırılıb.
Görüşdə, Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov və Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid də iştirak ediblər.
Qeyd edək ki, Fuad Nağıyevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Gürcüstanda səfərdədir. Səfər çərçivəsində bu gün Tbilisi şəhərində Azərbaycan Turizm Bürosunun "Azerbaijan.Travel" qonaq mərkəzinin açılışı olacaq.

Nigar




 
Bölməyə aid digər xəbərlər
11.10.2019
Ötən ay Azərbaycana ən çox İran və Mərkəzi Asiya ölkələrindən qonaq gəlib
08.10.2019
Dağ yürüşünə çıxmaq istəyənlər üçün yeni marşrutlar hazırlanır
07.10.2019
Beynəlxalq aviaşirkət Bakını ayın şəhəri seçib
01.10.2019
Bakı turizm baxımından Tbilisini üstələyib və xeyli irəlidədir
30.09.2019
Türkiyədəki beynəlxalq turizm sərgisində Naxçıvan stendi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10913

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Azərbaycanda sifilis xəstəliyinə yoluxmuş insanların sayı artıb
3 Prezident Əli Əsədovun Baş nazir təyin edilməsi haqqında Sərəncam imzalayıb
4 Ankarada “Buta Bakı“
5 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info