Müəllim ömrü hər ömürdən ucadır: Masallıda tədbir
Tarix: 04.10.2019 | Saat: 15:42:00 | E-mail | Çapa göndər


4 oktyabr 2019-cu il tarixdə YAP Masallı Rayon Təşkilatının dəstəyi, rayon Gənclər və İdman İdarəsinin təşəbbüsü və Masallı Dövlət Regional Kollecinin iştirakı ilə şəhər Mədəniyyət Mərkəzində 5 Oktyabr Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş “Müəllim ömrü hər ömürdən ucadır” tamaşa - kompozisiya göstərilmişdir.
Tədbiri kollecin müəllimi, aktyor Cəmaləddin Əliyev açmış, müəllimləri təbrik etmişdir. Masallı Dövlət Regional Kollecininin direktoru Vidadi Nəzərov başçılıq etdiyi kollektivin uğurlarından danışmış, müəllimləri təbrik etmişdir.
YAP Masallı Rayon Təşkilatının sədri Seyfəddin Əliyev müəllimləri təbrik edərək kollecin direktoru Vidadi Nəzərovu 60 illik yubileyi münasibətilə Fəxri fərmanla təltif etmişdir. “Masallı Ziyalıları” İctimai Birliyinin sədri Qardaş Fətullayev, veteran müəllim Soltanağa Cəfərov, Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Oktay Mütəllimov və başqaları çıxışlarında rayonun pedaqoji ictimaiyyətini təbrik etmişlər.
Masallı Dövlət Regional Kollecinin tələbələri “Müəllim ömrü hər ömürdən ucadır” tamaşa kompozisiya göstərmişlər. Tələbələr Vətənə, gəncliyə, Azərbaycanın üç rəngli Bayrağına, müəllimə, gələcək xoş günlərimizə həsr edilən şeirlər söyləmiş, mahnılar ifa etmişlər. Kollecin bir qrup fəal tələbəsinə diplomlar təqdim olunmuşdur. Sonda xatirə şəkli çəkilmişdir.

Əlihüseyn Şükürov,
Həsənağa Əliyev




 
Bölməyə aid digər xəbərlər
29.10.2020
Azərbaycanda koronavirusa yoluxanların sayı 1000-i keçdi
29.10.2020
Ermənilər Laçındakı ziyarətgah və məscidləri donuz tövləsinə çeviriblər
28.10.2020
Bərdədə ölən və yaralananlar arasında uşaqlar da var - Baş həkim
28.10.2020
Azərbaycanda son gündə 988 nəfər COVID-19-a yoluxub, 340 nəfər sağalıb, 11 nəfər vəfat edib
28.10.2020
Ermənistanın Bərdəyə raket hücumu nəticəsində ölənlərin sayı 14-ə çatıb

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11802

1 Birinci vitse-prezident Mehriban Əliyeva: Bu gün Prezident İlham Əliyev başda olmaqla Azərbaycan xalqı yeni tarix yazır
2 Manqal salatı
3 Əriştədən bir ailənin 9 üzvü öldü
4 İsraildən Azərbaycana humanitar yardım
5 Burunda olan tükləri kəsmək olmaz...


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info