Ana dilimizin saflığını, təmizliyini hər bir ziyalı, hər bir vətəndaş qorumalıdır
Tarix: 04.10.2019 | Saat: 22:28:00 | E-mail | Çapa göndər



Dövlət Miqrasiya Xidmətinin (DMX) inzibati binasında “Azərbaycan dili ilə bağlı yeni dövlət proqramının mahiyyəti” mövzusunda təlim təşkil edilib.

DMX-dən AZƏRTAC-a bildiriblər ki, təlimdə Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun monitorinq şöbəsinin müdiri, filologiya elmləri doktoru Sevinc Əliyeva Azərbaycan dilinin çoxəsrlik inkişaf tarixindən, onun saflığının qorunmasında, tətbiqi sahəsinin genişləndirilməsi istiqamətində ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi dövlət siyasətindən bəhs edib. Bildirib ki, Ulu Öndərin dil siyasəti, dilimizin inkişafı yönündə göstərdiyi tarixi xidmətlər onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
S.Əliyeva Prezident İlham Əliyevin “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2018-ci il 1 noyabr tarixli Fərmanının əhəmiyyətini diqqətə çatdırıb. Söyləyib ki, qeyd edilən Fərman dövlət dilimizin tətbiqinin daha da yaxşılaşdırılmasına mühüm töhfədir.
Vurğulanıb ki, ana dilimizin saflığını, təmizliyini hər bir ziyalı, hər bir vətəndaş qorumalıdır və bu, bizim ümdə vəzifəmizdir.
Sonda Xidmət əməkdaşlarını maraqlandıran suallar cavablandırılıb və fikir mübadiləsi aparılıb.




 
Bölməyə aid digər xəbərlər
18.10.2019
Vilayət Eyvazovdan əmr: Yol polisində mühüm dəyişiklik
18.10.2019
Qazaxda “N” saylı hərbi hissədə tədbir keçirilib
18.10.2019
“Vətənin müdafiəsinə hazıram!” devizi altında növbəti tədbir Salyanda keçirilib
18.10.2019
Bələdiyyə seçkilərinin TARİXİ açıqlandı
18.10.2019
Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10921

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Vasim Məmmədəliyev vəfat edib
3 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
4 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info