Köçürmə üçün universal süni qan hazırlanıb
Tarix: 05.10.2019 | Saat: 11:37:00 | E-mail | Çapa göndər


Yapon alimləri pasiyentin qan qrupundan asılı olmayaraq çox sayda insanın xilas olmasına kömək edəcək süni qan hazırlayıblar.
Hazırda həkimlər qan köçürülməsi üçün pasiyentin qan qrupunun rezus faktorunu təyin etməyə məcburdurlar. Çünki uyğun olmayan qan qruplarının xəstəyə köçürülməsi respiyentin həyatını təhlükə altına qoyur. Bu səbəbdən təcili yardım maşınlarında qan köçürülməsi proseduru qadağan edilib. Süni qan üçün bu amil əhəmiyyətli olmadığından zərərçəkənlərə xəstəxanaya gəlməzdən dərhal əvvəl tibbi yardım edilə bilər. Məhz bunun köməyilə süni qan vasitəsilə daha çox insanın həyatını xilas etmək mümkündür.
İct.a xəbər verir ki, Milli Müdafiə Tibb Kollecinin yapon alimlərindən ibarət kollektivi yeni hazırlanmanın effektivliyini nümayiş etdirmək məqsədilə dovşanlar üzərində sınaqlar keçiriblər.
Süni qan ağır qan itkisi müşahidə olunan 10 dovşan üzərində sınaqdan keçirilib, onlardan 6-sı sağ qalıb. Qan köçürülən dovşanlara xüsusi nəzarət edilib və onlarda əlavə yan təsirlər müşahidə olunmayıb.
Növbəti mərhələdə süni qanın insanlar üzərində sınaqları keçiriləcək. Mütəxəssislər bildiriblər ki, bu yeniliyin əhəmiyyətliliyini qiymətləndirmək hələ ki, çətindir.
Qeyd edək ki, normal temperaturlu saxlama şəraitində süni qanın il ərzində öz keyfiyyətini saxlaması ən mühüm amillərdəndir.




 
Bölməyə aid digər xəbərlər
26.10.2020
“Sağ qalmaq üçün kəndə köçün”
25.10.2020
Burunda olan tükləri kəsmək olmaz...
25.10.2020
Şimpanzelər və yaşlı insanlar özlərinə dostu eyni yolla seçirlər
22.10.2020
Əriştədən bir ailənin 9 üzvü öldü
22.10.2020
“BMT-nin qətnamələri kağız parçası deyil”

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11799

1 Карен Шахназаров о Карабахе: надо признать, что это бесспорные территории Азербайджана
2 Qripə qarşı vaksinasiya COVİD-ə yoluxmanın azalmasına təsir göstərməyəcək - TƏBİB
3 Məktəb direktoru olmaq üçün 2256 namizəd imtahan verəcək
4 Türkiyəli müğənni “Qarabağ türküsü” səsləndirib
5 Dağlıq Qarabağda sülhün təmin olunmasının əsas yolu Azərbaycanın ərazi bütövlüyünün bərpasıdır - “The Telegraph”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info