Paşinyanın təxribatçı bəyanatı Prezident İlham Əliyevin sərt və qəti bəyanatı ilə darmadağın edildi
Tarix: 05.10.2019 | Saat: 14:29:00 | E-mail | Çapa göndər


Ermənistanın prezidenti N.Paşinyanın təxribatçı və sərsəm bəyanatı Azərbaycanın Prezidenti İlham Əliyevin sərt və qəti bəyanatı ilə darmadağın edildi. Qarabağ Azərbaycandır! Tarixin təsdiq, beynəlxalq hüququn və birliyin qəbul etdiyi bu məntiqlə razılaşmamaq mümkün deyil.
Trend-in məlumatına görə, bunu Baş Nazirin müavini, Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini - İcra katibi Əli Əhmədov deyib.
Əli Əhmədov vurğulayıb ki, Qarabağ Azərbaycanındır, Azərbaycan xalqına mənsubdur, onun mənsubiyyəti Paşinyan kimlərin bəyanatı ilə dəyişdirilə bilməz və dəyişdirilməyəcək: “Buna Azərbaycan xalqı, onun ordusu və Ali Baş Komandanı İlham Əliyev buna imkan verməz. Avantürist bəyanatın qarşısına ədalətli və sərt bəyanat qoyuldu. İşğalçı siyasətin aqibəti də beləcə xalqımızın iradəsi və ordumuzun qüdrəti ilə sona çatacaq”.
Qeyd edək ki, oktyabrın 3-də Rusiya Federasiyasının Soçi şəhərində “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında Azərbaycan Prezidenti İlham Əliyev deyib ki, Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır: "Qarabağ Azərbaycandır və nida işarəsi".




 
Bölməyə aid digər xəbərlər
23.10.2019
‘‘Türkiyә terrorla mübarizәdәki qәtiyyәtini dünyaya göstәrdi’’
23.10.2019
Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı regionda təhlükəsizliyə təhdid yaradır
23.10.2019
“ABŞ tərəfdən verilən vədlər tam mənada yerinə yetirilmədi”
22.10.2019
“Avropalı müttəfiqlər Türkiyəni daha çox dəstəkləməlidir”
22.10.2019
Maksim Şevçenko: Aİ Azərbaycandakı aksiyadan narahatlıq ifadə etməkdənsə, İspaniya hökumətinə qarşı bəyanatlar versin

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10924

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 “Polşada yeni müstəvidə və daha innovativ fəaliyyətə başlayırıq”
3 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 SON DƏQİQƏ: Ərdoğan və Putin razılaşdı - Türkiyə tarixi diplomatik qələbə qazandı...


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info