Azərbaycan və Rusiya təhsil və humanitar sahələrdə sıx əməkdaşlıq edirlər
Tarix: 05.10.2019 | Saat: 17:37:00 | E-mail | Çapa göndər


Azərbaycan və Rusiya təhsil və humanitar sahələrdə sıx əməkdaşlıq edirlər. Bunu Trend-ə rusiyalı ekspert, siyasi elmlər namizədi Qalina Niyazova deyib.
Onun sözlərinə görə, Azərbaycan postsovet məkanında rus dilinin tədrisinə daha çox diqqət ayıran ölkədir: “Azərbaycanda rus dilinin tədrisi ilə bağlı statistika da bu fikri təsdiq edir. Azərbaycanda 300-dən artıq orta məktəbdə rus dili öyrədilir, eləcə də ali təhsil müəssisələrində rus dilində təhsil mövcuddur. Bu, çox yüksək göstəricidir və Rusiyada çox müsbət qarşılanır. Qeyd etməliyəm ki, ildən-ilə Rusiyanin ali təhsil müəssisələrində oxuyan azərbaycanlı tələbələrin sayı artır”.
Q.Niyazova daha sonra əlavə edib ki, “Əsrin müqaviləsi” sayəsində Azərbaycan zəngin təbii ehtiyatları, keçmiş ittifaq respublikaları arasında daha çox inkişaf edib: “Danılmaz faktdır ki, bu gün Azərbaycanın işrtirakı olmadan regionda nə enerji, nə nəqliyyat, ümumiyyətlə heç bir layihənin icrası mümkün deyil”.
Ekspertin sözlərinə görə, Azərbaycan və Rusiya arasında ikitərəfli münasibətlər artıq uzun onilliklərdir ki, dinamik inkişaf edir. Bu, həm dövlətlər, həm də xalqlar səviyyəsindədir.
Q.Niyazova qeyd edib: “Xoş qonşuluq münasibətləri sayəsində bu gün ticarət, mədəniyyət, humanitar, hərbi-texniki, bir çox digər sahələrdə gözəl əməkdaşlıq nümunələri var. Düşünürəm ki, ölkələrimizin bu mövcud potensialı gələcəkdə daha da artacaq ki, bu da regionunun inkişafına istiqamətlənmiş birgə layihələrin həyata keçirilməsinə müsbət təsirini göstərəcək.
Ekspertin fikrincə, Azərbaycan və Rusiya arasında dostluq dialoqunun möhkəmlənməsi uzun illər ikitərəfli səviyyədə keçirilən ciddi diplomatik işin nəticəsidir.




 
Bölməyə aid digər xəbərlər
23.10.2019
‘‘Türkiyә terrorla mübarizәdәki qәtiyyәtini dünyaya göstәrdi’’
23.10.2019
Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı regionda təhlükəsizliyə təhdid yaradır
23.10.2019
“ABŞ tərəfdən verilən vədlər tam mənada yerinə yetirilmədi”
22.10.2019
“Avropalı müttəfiqlər Türkiyəni daha çox dəstəkləməlidir”
22.10.2019
Maksim Şevçenko: Aİ Azərbaycandakı aksiyadan narahatlıq ifadə etməkdənsə, İspaniya hökumətinə qarşı bəyanatlar versin

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10924

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 “Polşada yeni müstəvidə və daha innovativ fəaliyyətə başlayırıq”
3 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 SON DƏQİQƏ: Ərdoğan və Putin razılaşdı - Türkiyə tarixi diplomatik qələbə qazandı...


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info