Artıq çəki ürək çatışmazlığından müdafiə edir
Tarix: 05.10.2019 | Saat: 18:07:00 | E-mail | Çapa göndər



Avstraliya alimləri piylənmənin növbəti paradoksunu üzə çıxarıblar: sən demə, artıq çəki ürək çatışmazlığının təhlükəli formasının inkişafından müdafiə edir. Doğrudur, bunu ürək problemləri artıq təsdiq edilmiş insanlar barəsində demək olar.

Ürəyində problemləri olan insanların artıq çəkisi onların həyatına təhlükə yaradan ürək çatışmazlığı riskini azaltmağa kömək edir. AZƏRTAC “MedicalXpress”ə istinadla xəbər verir ki, Adelaida Universiteti tədqiqatçıları belə qənaətə gəliblər.
Alimlər ümumən 375056 adamın iştirakı ilə keçirilən bir sıra tədqiqatların məlumatlarını təhlil ediblər. Onlar ürək-damar sisteminin vəziyyəti ilə bədəndə artıq piy arasında maraqlı əlaqə aşkar ediblər.
Tədqiqat müəllifləri bildiriblər: “Ürək çatışmazlığının şiddətlənməsi ilə əlaqədar ən aşağı ölüm riski bu xəstəlikdən əziyyət çəkən, lakin artıq çəkisi piylənmənin yüngül forması olan insanlar arasında müşahidə olunub”.
Eyni zamanda, tədqiqat göstərib ki, ürək-damar sistemi ilə problemləri olmayan kök insanların çəkisinin azalması onların sağlamlıq durumunu yaxşıladırır. Aşkar edilmiş fenomen avstraliyalı mütəxəssislər tərəfindən “piylənmə paradoksu” kimi xarakterizə edilib.
Onların sözlərinə görə, bu paradoksu qismən bununla izah etmək olar ki, artıq çəkili insanlar sağlamlıq problemləri ilə bağlı tez-tez həkimə müraciət edirlər. Bu da onların xəstəliyini vaxtında diaqnozlaşdırmağa və dərhal müalicəsinə başlamağa kömək edir.




 
Bölməyə aid digər xəbərlər
12.10.2019
Göz üçün faydalı qidaların siyahısı
12.10.2019
Kişi sağlamlığı üçün ən faydalı maddə - Pomidor, qreypfrut və itburnuda var
09.10.2019
Azərbaycanda sifilis xəstəliyinə yoluxmuş insanların sayı artıb
07.10.2019
Suşinin ölümcül təhlükəsi
06.10.2019
Bəşəriyyəti yeni epidemiya gözləyir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10913

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Azərbaycanda sifilis xəstəliyinə yoluxmuş insanların sayı artıb
3 Prezident Əli Əsədovun Baş nazir təyin edilməsi haqqında Sərəncam imzalayıb
4 Ankarada “Buta Bakı“
5 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info