“Çərkəz toyuğu“
Tarix: 05.10.2019 | Saat: 21:13:00 | E-mail | Çapa göndər



Bu gün sizə reseptini təqdim edəcəyimiz "Çərkəz toyuğu" da Qafqaz boylarından biri olan çərkəzlərin Türk mətbəxinə qazandırdığı bir yeməkdir.

Türk mətbəxi dünyanın zəngin mətbəxlərindən biridir desək, səhv etmərik. Çünki Orta Asiyadan Balkan ölkələrinədək bir çox mətbəxin təsiri var Türk yeməklərində. Türklərin Orta Asiyadan Anadoluya üz tutması ilə başlayan mətbəx tarixi Osmanlı imperiyasının Orta Şərq və Balkan yarımadasınadək sərhədlərini genişləndirməsi ilə bir çox fərqli ləzzətin bir qazanda birləşməsinə yol açdı. Bu səbəbdən Türk mətbəxi istər istifadə edilən ərzaqlar, istərsə də bişirmə üsulları baxımından çox zəngindir. Anadolu coğrafiyasına köçən müxtəlif millətlər və tayfalar da öz yemək- içmək mədəniyyətlərini özləri ilə gətirərək, Türk mətbəxinin rəngarəngliyini artırdılar. Bu gün sizə reseptini təqdim edəcəyimiz "Çərkəz toyuğu" da bir Qafqaz boylarından biri olan çərkəzlərin Türk mətbəxinə qazandırdığı bir yeməkdir. Süfrəyə adətən soyuq şəkildə, məzə olaraq verilən bu ləzzətli toyuq yeməyinin hazırlanma qaydası belədir:

"Çərkəz toyuğu"nu bişirmək üçün lazım olan ərzaqlar:

Soyutma toyuq üçün:

1 bütöv toyuq

1 ədəd baş soğan

1 ədəd yerkökü

5-6 sap cəfəri

1 ədəd kərəviz sapı

duz

istiot

"Çərkəz toyuğu" üçün;

250 qram qoz ləpəsi

4-5 dilim boyat çörək içi

2 diş sarımsaq

1 çay qaşığı qırmızı istiot

2 su stəkanı toyuq bulyonu

Beləliklə, yeməyimizi hazırlamağa başlaya bilərik. Əvvəl soğan, yerkökü, cəfəri, kərəviz, duz və istiot əlavə etdiyiniz suda toyuğu yumşalana qədər qaynadın. Pörtlənmiş toyuğu sudan çıxarın, soyuyanda dərisindən və sümüklərindən ayırıb əllə kiçik hissələrə ayrılacaq şəkildə didin. Bu arada qoz ləpələrini həvəngdəstədə yaxşıca döyün. Bunun üçün mətbəx robotundan da istifadə edə bilərsiniz. Boyat çörək içlərini toyuğun bulyonunda yumşaltdıqdan sonra suyunu sıxıb qoza əlavə edin. Bütöv bir kütlə halına gələnədək yaxşıca qarışdırın və əzilmiş sarımsağı, duzu, 1 ¼ stəkan ilıq toyuq bulyonunu əlavə edin. Didilmiş toyuq hissələrini boşqaba qoyun və üzərinə qozlu sousu tökərək, toyuqla sousu yaxşıca qarışdırın. Bir qaşığın arxası ilə üstünü və kənarlarını düzəldin. Üzərini qırmızı istiotla bəzəyərək soyuq, və ya ilıq şəkildə süfrəyə qoyun. Nuş olsun!




 
Bölməyə aid digər xəbərlər
11.10.2019
“Zeytinyağlı yaprak sarma” necə hazırlanır?
30.09.2019
Toy şorbası (düğün çorbası) necə hazırlanır?
28.09.2019
Çiyələk cemi
21.09.2019
Balqabaq çiçəyi dolması
18.09.2019
Türkiyə paxlavası necə hazırlanır?

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10913

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Azərbaycanda sifilis xəstəliyinə yoluxmuş insanların sayı artıb
3 Ankarada “Buta Bakı“
4 Prezident Əli Əsədovun Baş nazir təyin edilməsi haqqında Sərəncam imzalayıb
5 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info