Aleksandr Proxanov : Zal İlham Əliyevi alqışladı
Tarix: 05.10.2019 | Saat: 22:04:00 | E-mail | Çapa göndər


Soçidəki “Valday” Beynəlxalq Diskussiya Klubunun plenar iclasında, Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı zamanı rus yazıçısı, Rusiya Federasiyasının siyasi və ictimai xadimi, İzborsk Klubunun sədri və təsisçilərindən biri, “Zavtra” qəzetinin baş redaktoru Aleksandr Proxanov da iştirak edib. Media.Az-a verdiyi müsahibədə Alexander Proxanov təəssüratlarını bölüşüb: “Prezident İlham Əliyevin nitqinin əsas ideyası Dağlıq Qarabağ münaqişəsini əhatə etdi. Azərbaycan Prezidenti yaranmış münaqişənin tarixi, müzakirələrin düyün nöqtəsi, davam edən hərbi əməliyyatlardan danışıb: prezidentin çıxışından bir müddət əvvəl erməni snayperinin azərbaycanlı mülki şəxsi öldürdüyü barədə xəbər gəldi. “Qarabağ Ermənistandır və nöqtə” deyən Yerevan formuluna cavab olaraq Prezident İlham Əliyev “Qarabağ Azərbaycandır və nida” deyə əks və kəskin mövqe bildirdi”.
“Ümumiyyətlə, söhbət Asiyadakı münaqişə və bu münaqişələrin hərbi hal aldığı ərazilərdən getdi. İlham Əliyev münaqişənin həlli məsələsində Rusiya Prezidenti Vladimir Putinin konstruktiv yanaşmasını təklif edib”, - deyə A.Proxanov bildirib.
Həmsöhbətimizin sözlərinə görə, İlham Əliyevin çıxışı zamanı salonda radikal Ermənistan nümayəndələri yox idi: “Tamaşaçılar alqışladılar”.
Aleksandr Proxanov Rusiya Xarici İşlər Naziri Sergey Lavrovun Nikol Paşinyanın “Qarabağ Ermənistandır” ifadəsini mühakimə etməsinə də münasibət bildirib:
“Prezidentimiz bu yaxınlarda Soçidə Ermənistan lideri və Azərbaycan prezidenti ilə görüşüb. Rusiyanın artan qeyri-sabitliyi tarazlaşdırmaq niyyəti var. Lavrovun sözlərinə gəlincə, hər şey çox açıqdır. Rusiya Xarici İşlər naziri, sözsüz ki, bu çıxışı qınamalı idi (Paşinyanın bəyanatını - red.)”.




 
Bölməyə aid digər xəbərlər
31.10.2020
ATƏT-in Minsk Qrupu Cenevrə görüşü ilə bağlı bəyanat yayıb
30.10.2020
Ceyhun Bayramovun ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşü baş tutub
30.10.2020
Baş Nazir Əli Əsədov Pakistanın Azərbaycandakı səfiri ilə görüşüb
30.10.2020
Azərbaycan Prezidenti xanım Berna Yılmaza başsağlığı verib
30.10.2020
Cəbhədə vəziyyət Azərbaycan Ordusunun nəzarəti altındadır - Anar Eyvaz

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11804

1 Burunda olan tükləri kəsmək olmaz...
2 Azərbaycan əsgərinə həsr edilən mahnı Türkiyədə təqdim olunub
3 Şimpanzelər və yaşlı insanlar özlərinə dostu eyni yolla seçirlər
4 Минская группа ОБСЕ должна прекратить помогать Армении в оккупации земли Азербайджана
5 Qubadlıda 5 mindən çox nadir muzey eksponatı talan edilib -Tarixçi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info