Boşanan uşaqsız qadınlara da aliment düşür
Tarix: 05.10.2019 | Saat: 23:08:00 | E-mail | Çapa göndər


Qanun belə deyir

Ailə quranda tərəflərin çətin və yaxşı gündə birlikdə olacaqlarına dair bir-birlərinə verdikləri vədlərin özünü doğrultmadığı vaxtlar da olur. Hətta vəziyyət o həddə çatır ki, ata və ya ana boşandığı təqdirdə öz doğma övladına belə maddi cəhətdən yardım etmək istəmir.
Halbuki qanunvericilikdə tərəflərin ortaq övladı olmadıqda belə boşandığı təqdirdə ər və ya arvad ehtiyac olan tərəfə öz yardım əlini uzatmalıdır.
Hüquqşünas Əlövsət Allahverdiyev Lent.az -a bildirib ki, qanuna görə ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər.
Yəni ər-arvadın bir-birini saxlamaq vəzifəsi Azərbaycanın Ailə Məcəlləsi ilə tənzimlənir.
Onun bildirdiyinə görə, boşanmadan sonra bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda, tərəflər müəyyən hallarda zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər: “Nikah pozulana qədər və ya nikah pozulduğu gündən bir il ərzində əmək qabiliyyətini itirən və maddi yardıma ehtiyacı olan keçmiş ər (arvad), ər-arvad uzun müddət nikahda olublarsa, nikah pozulduğu andan 5 ildən gec olmayaraq pensiya yaşına çatan və maddi yardıma ehtiyacı olan keçmiş ər (arvad) aliment tələb etmək hüququna malikdir.
Alimentin miqdarı və nikah pozulduqdan sonra onun keçmiş ərə (arvada) ödənilməsi qaydası keçmiş ər-arvad arasındakı sazişlə müəyyən edilə bilər.
Aliment ödənilməsi barədə ər-arvad və ya keçmiş ər-arvad arasında saziş olmadıqda, məhkəmə qaydasında ərə (arvada) və ya keçmiş ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən keçmiş ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir”.
Hüquqşünas qeyd edib ki, məhkəmə bəzi hallarda əri (arvadı) nikah dövründə və nikah pozulduqdan sonra maddi yardıma ehtiyacı olan və əmək qabiliyyəti olmayan arvadı (əri) saxlamaq vəzifəsindən azad edə və bu vəzifəni müəyyən müddətlə məhdudlaşdıra bilər. Belə ki, maddi yardıma ehtiyacı olan arvad (ər) əmək qabiliyyətini spirtli içkilərin, narkotik vasitələrin, psixotrop maddələrin qəbulu və ya qəsdən törətdiyi cinayət əməli nəticəsində itirdikdə, aliment ödənilməsini tələb edən ər (arvad) ailədə ləyaqətsiz davrandıqda və nikah çox çəkmədikdə.
Qeyd edək ki, ötən il Azərbaycanda boşanmaların sayı 14 857 olub. Bu ailələrdən 6 559-nun övladı olmayıb. Digər (8 298) ailələrin isə 3 894-nün bir uşağı, 4 404-nün (ümumilikdə 9 948 uşaq) isə iki və daha artıq uşaqları olub.




 
Bölməyə aid digər xəbərlər
14.10.2019
Naxçıvan şəhərində “Gənclər Yaşayış Kompleksi” tikilir: VİDEO
14.10.2019
Özəl sektorda əməkhaqqı fondu 33,4 faiz artıb
13.10.2019
Əsl vətəndaş mövqeyi - insanlıq nümunəsi
12.10.2019
Bu şəxslər vaxtından əvvəl pensiya ala biləcək
12.10.2019
Azərbaycanda pensiyaçıların 57 faizi qadınlar, 43 faizi kişilərdir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10914

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Azərbaycanda sifilis xəstəliyinə yoluxmuş insanların sayı artıb
3 Ankarada “Buta Bakı“
4 Prezident Əli Əsədovun Baş nazir təyin edilməsi haqqında Sərəncam imzalayıb
5 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info