Gürcüstanda kosmetikada zəhərli maddə aşkar edildi
Tarix: 06.10.2019 | Saat: 15:43:00 | E-mail | Çapa göndər




Gürcüstanda satılan kosmetik məhsullarda təhlükəli maddə - formaldehid aşkar edilib.
"Sputnik Azərbaycan" xəbər verir ki, Elmi İstehsalat Birliyi 40 kosmetika nümunəsinin tərkibini Fransanın laboratoriyalarından birində yoxlayıb. Bu vasitələr arasında üz üçün kremlər, losyonlar, şampunlar, duş üçün gel, dırnaq boyası və s. olub.
Tərkibi yoxlanılan məhsullar arasında "Garnier"dən qırışlara qarşı krem, "Olivia" firmasından dırnaq boyası, "Amalfy" firmasının kəpəyə qarşı şampunu, "CLARİROL" saç boyası, "MAT" şirkətindən dodaq boyası, "MaxFactor" firmasından tuş, "Sunsilk" saç kondinsioneri, "Clear" şampunu və "Prestige" saç boyaları olub.
Mütəxəssislər qeyd edirlər ki, bu araşdırma ölkədə istehlak məhsullarına dövlət nəzarətinin həyata keçirilməsinin bir daha təsdiqidir.
Xatırladaq ki, formaldehid üzvi bir birləşmədir, suda, spirtdə asanlıqla həll olunan rəngsiz qazdır.
Maddədən sənayedə istifadə edilir. Formaldehid selikli qişaya və dəriyə zərərlidir.
Qıcıqlanma, qaşınma, səpki yaradır. Bu maddə kanserogenlər siyahısına daxil edilib, buna görə də bu maddə ilə daim təmasda xərçəng ehtimalı kəskin artır.




 
Bölməyə aid digər xəbərlər
15.10.2019
İtalyanlar cavanlığın sirrini açdı: Buna diqqət edin
14.10.2019
Əkizlərin ana bətnində savaşı
14.10.2019
Böyük Britaniyada xalis qızıldan bank kartları hazırlanır
13.10.2019
İran kosmosa öz astronavtını göndərmək niyyətindədir
13.10.2019
Elektron siqaret ilə xərçəng arasında əlaqə tapıldı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10915

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Azərbaycanda sifilis xəstəliyinə yoluxmuş insanların sayı artıb
3 Ankarada “Buta Bakı“
4 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub
5 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info