Əsas məqsədlərimdən biri də Azərbaycanın adını Ukraynada uca tutmaqdır
Tarix: 07.10.2019 | Saat: 08:59:00 | E-mail | Çapa göndər



Xaricdə təhsil alan, yaşadıqları ölkələrin ictimai-siyasi həyatına yaxından bələd olan gənclərimizin siyasi proseslərdə uğur əldə etmək şansları daha böyükdür. Hər bir ölkənin siyasi həyatında təmsilçilik, həm də siyasi elita ilə körpülərin yaranması deməkdir.
Bu körpülər bizim həqiqətlərin olduğu kimi dünya dövlətlərinin siyasi elitasının gündəminə keçməsinə də təkan verə bilər. Belə gənclərdən biri Ukraynanın Xarkov Şəhər Dövlət Administrasiyasının beynəlxalq əlaqələr şöbəsində işləyən Fariz Vəliyevdir. 27 yaşı olan soydaşımız artıq bir neçə ildir, dövlət işində çalışıb. Onunla tanışlığımız Xarkov şəhər gününə təsadüf edib. Soydaşımızın göstərdiyi aktivlik və idarəçilik bacarığı qürurvericidir. O, AZƏRTAC-a müsahibəsində bir sıra mətləblərə aydınlıq gətirib.
Əslən Naxçıvanın Şərur rayonundan olan F.Vəliyev Xarkov şəhərində doğulub böyüyüb. Ukrayna, Rus, İngilis və Türk dillərində sərbəst danışan həmvətənimiz, Taras Şevçenko adına Kiyev Milli Universitetinin Beynəlxalq münasibətlər fakültəsinin bakalavr, V.N.Karazina adına Xarkov Milli Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakültəsinin magistr, Zaporojya Milli Universitetinin Sosiologiya və İdarəetmə fakültəsinin aspirantura pilləsini bitirib. F.Vəliyev hesab edir ki, Ukrayna cəmiyyətinə inteqrasiya etmək üçün bu xalqın mədəniyyətinə, tarixinə və adət-ənənəsinə hörmət etmək lazımdır. Ukrayna dilini bilmək önəmlidir. Doğulub, böyüdüyü Xarkovun çoxmillətli şəhər olduğunu qeyd edən soydaşımız vurğulayıb ki, Xarkov şəhər Dövlət Administrasiyasının binasında Azərbaycanın dövlət bayrağının dalğalanması ölkələrimiz arasında yüksək əməkdaşlığımızın bariz nümunəsidir. Xarkov şəhərinin 33 şəhərlə rəsmi əməkdaşlıq münasibətləri mövcuddur, ancaq bir çox şəhərlərlə əlaqələrimiz də var. Xarkovda Azərbaycanın Fəxri Konsulluğu fəaliyyət göstərir. Şəhər rəsmilərinin Azərbaycanın Ukraynadakı Səfirliyi və Bakının bəzi qurumları ilə sıx əməkdaşlığı mövcuddur. Xarkov rəsmiləri Bakıda bir sıra tədbirlərdə, forumlarda iştirak edib. O cümlədən Xarkovda keçirilən turizm forumunda Bakıdan nümayəndə iştirak edib.
F.Veliyev bildirib ki, hər bir insan məqsədinə çatmaq üçün yorulmadan çalışmalıdır. Əsas məqsədlərimdən biri də Azərbaycanın adını Ukraynada uca tutmaq, öz işimlə daha böyük vəzifələrdə çalışmaqdır.




 
Bölməyə aid digər xəbərlər
23.10.2019
Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı regionda təhlükəsizliyə təhdid yaradır
23.10.2019
“ABŞ tərəfdən verilən vədlər tam mənada yerinə yetirilmədi”
22.10.2019
“Avropalı müttəfiqlər Türkiyəni daha çox dəstəkləməlidir”
22.10.2019
Maksim Şevçenko: Aİ Azərbaycandakı aksiyadan narahatlıq ifadə etməkdənsə, İspaniya hökumətinə qarşı bəyanatlar versin
21.10.2019
Zəfərin Komandanı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10924

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 “Polşada yeni müstəvidə və daha innovativ fəaliyyətə başlayırıq”
3 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 SON DƏQİQƏ: Ərdoğan və Putin razılaşdı - Türkiyə tarixi diplomatik qələbə qazandı...


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info