Mərkəzi Nəbatat Bağı vakant vəzifələri tutmaq üçün müsabiqə elan edir
Tarix: 07.10.2019 | Saat: 15:49:00 | E-mail | Çapa göndər


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Nəbatat Bağı boş olan vəzifələri tutmaq üçün müsabiqə elan edir. AMEA-dan AZƏRTAC-a bildirilib ki, müsabiqədə fəlsəfə və elmlər doktoru elmi dərəcəsi və qeyd olunan elm sahələrində böyük iş təcrübəsi olan elmi işçilər iştirak edə bilərlər:
Örtülü şəraitdə becərilən bitkilər laboratoriyası üzrə:

-Laboratoriya müdiri -1 ştat vahidi;

-Baş elmi işçi -1 ştat vahidi.

Nadir və nəsli kəsilməkdə olan bitkilər laboratoriyası üzrə:

-Elmi işçi - 2 ştat vahidi.

Bitkilərin mühafizəsi və monitorinqi laboratoriyası üzrə:

-Kiçik elmi işçi - 2 ştat vahidi.

-Çiçəkçilik laboratoriyası üzrə:

-Laboratoriya müdiri - 1 ştat vahidi;

-Kiçik elmi işçi - 1 ştat vahidi.

-Bitkilərin xəstəlik və zərərvericilərlə mübarizə sektoru üzrə:

-Sektor rəhbəri - 1 ştat vahidi;

-Kiçik elmi işçi - 1 ştat vahidi.

-Toxumçuluq sektoru üzrə:

-Sektor rəhbəri - 1 ştat vahidi.

Mərkəzi Nəbatat Bağı üzrə əməkdaşların növbəti attestasiyasını keçirmək məqsədilə tələb olunan sənədlər:

-iddiaçının şəxsiyyət vəsiqəsinin surəti;

-kadrların şəxsi uçot vərəqi;

-tərcümeyi-hal;

-xasiyyətnamə;

-əmək kitabçasının iş yerində təsdiq olunmuş surəti (əmək fəaliyyətinə yeni başlayanlar istisna olmaqla);

-elmi dərəcə, elmi ad və elmi rütbə haqqında sənədlərin notarial qaydada təsdiq olunmuş surətləri;

-yerinə yetirilmiş elmi tədqiqat işləri, həmçinin elmi və elmi-texniki layihə, müsabiqə, qrant və proqramlarda iştirak haqqında məlumat;

-müəlliflik hüququ və ya patent hüququ ilə qorunan əqli mülkiyyət obyektlərinin qeydiyyatı haqqında şəhadətnamələrin surəti;

-elmi əsərlərin elmi müəssisə və təşkilatın elmi katibi tərəfindən təsdiq olunmuş siyahısı.

Sənədlər müsabiqənin tələblərinə uyğun olaraq, elan dərc edilən gündən etibarən bir ay müddətində elmi katibliyə təqdim edilməlidir.

Ünvan: AZ-1004, Bakı səhəri, Badamdar şosesi, 40

Əlaqə telefonu: (+994 12) 502 43 21, (+994 51) 847 75 99

Email: drnilufar@mail.ru




 
Bölməyə aid digər xəbərlər
14.10.2019
Naxçıvan şəhərində “Gənclər Yaşayış Kompleksi” tikilir: VİDEO
14.10.2019
Özəl sektorda əməkhaqqı fondu 33,4 faiz artıb
13.10.2019
Əsl vətəndaş mövqeyi - insanlıq nümunəsi
12.10.2019
Bu şəxslər vaxtından əvvəl pensiya ala biləcək
12.10.2019
Azərbaycanda pensiyaçıların 57 faizi qadınlar, 43 faizi kişilərdir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10914

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Azərbaycanda sifilis xəstəliyinə yoluxmuş insanların sayı artıb
3 Ankarada “Buta Bakı“
4 Prezident Əli Əsədovun Baş nazir təyin edilməsi haqqında Sərəncam imzalayıb
5 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info