Əli Həsənov: Bu müxalifətə görə utanırıq - VİDEO
Tarix: 07.10.2019 | Saat: 17:09:00 | E-mail | Çapa göndər


"Biz cənab Prezidentin yürütdüyü aydın, qətiyyətli, prinsipial siyasətlə nə qədər qürur duyuruqsa, bir o qədər də Azərbaycan müxalifətinin qeyri-vətənpərvərliyinə görə hər zaman xəcalət çəkirik". Trend-in məlumatına görə, bu fikri Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov AzTV-də yayımlanan "Həftə" verilişində deyib: Ə.Həsənov qeyd edib: "Prezident İlham Əliyev ona görə qətiyyətli, prinsipial siyasət yürüdür ki, bir tərəfdən xalqın dəstəyinə malikdir, ikinci tərəfdən bu dövlət özünü tam təmin edən, idarə edə bilən dövlətə çevrilib. 1994-cü il hadisələri zamanı Azərbaycan müxalifəti meydana çıxıb dövlətini, dövlətçiliyini müdafiə edən xalqın yanında yox, qarşısında oldular. 1994-cü ilin oktyabrında da, 1995-ci ilin martında da bu silahlı dəstələr Azərbaycan dövlətini Heydər Əliyevin ortaya qoyduğu milli birlikdən çəkindirmək istəyirdi. Azərbaycanı dünyada öz fikrini müstəqil söyləmək imkanından məhrum etmək istəyirdi. "Əsrin kontraktı"nı pozmaq istəyirdilər. Təəssüf ki, bizim nə qədər vətənpərvər, iradəli, əzmli xalqımız var, bir o qədər də utancverici müxalifətimiz var. ATƏT-in bu yaxınlarda Varşavada keçirilən tədbirlərində yalnız Azərbaycan müxalifəti orada öz dövlətinin, xalqının, millətinin əleyhinə çıxış edirdi. Təəssüflər ki, biz bir tərəfdən əzmkar, iradəli, vətənpərvər xalq olmağımızla qürur hissi keçiririk, digər tərəfdən antixalq, qeyri-vətənpərvər müxalifətlə xəcalət hissi keçiririk".




 
Bölməyə aid digər xəbərlər
14.10.2019
Ərdoğan: Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası bütün türklərin birləşdiyi təşkilatdır
14.10.2019
Macarıstanın Baş Naziri Azərbaycana səfərə gəlib
14.10.2019
Əli Həsənov: “Haqq işində Azərbaycan Türkiyənin yanındadır”
14.10.2019
Yeni Azərbaycan Partiyasının İcra Katibliyində “Qarabağ Azərbaycandır!” mövzusunda konfrans keçirilib
14.10.2019
Qazaxıstanın birinci Prezidenti, Türk Şurasının fəxri sədri Nursultan Nazarbayev Azərbaycana gəlib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10914

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Azərbaycanda sifilis xəstəliyinə yoluxmuş insanların sayı artıb
3 Ankarada “Buta Bakı“
4 Prezident Əli Əsədovun Baş nazir təyin edilməsi haqqında Sərəncam imzalayıb
5 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info