Lökbatan qəsəbəsinin Nizami küçəsində yeni salınan növbəti abad məhəllənin açılışı olub
Tarix: 07.10.2019 | Saat: 18:42:00 | E-mail | Çapa göndər


Lökbatan qəsəbəsinin Nizami küçəsində yeni salınan abad məhəllənin açılışı olub. Lökbatan qəsəbə sakinlərinin müraciətləri nəzərə alınaraq çoxmərtəbəli yaşayış binalarının əhatə etdiyi ərazidə yaradılmış nümunəvi abad məhəllənin açılış mərasimi keçirilib və sakinlərin istifadəsinə verilib. Açılış mərasimində Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, rayon icra hakimiyyəti başçısı aparatının, kommunal strukturların, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak ediblər.
Tədbirdə çıxış edənlər ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı əvəzolunmaz xidmətlərindən, onun siyasi irsinin təbliğinin əhəmiyyətindən, Ümummilli Liderin siyasi-iqtisadi və sosial kursunun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən danışıblar. Yeni salınan abad məhəllə orada yerləşən beşmərtəbəli, onbloklu binada yaşayan 100 ailənin istifadəsinə verilib. Aparılan abadlıq işləri çərçivəsində binanın giriş qəfəsləri təmir edilib, boyanıb və işıqlandırma sistemi çəkilib, 10 ədəd dəmir qəfəs qapıları quraşdırılıb, dəmir barmaqlıqlar rənglənib. Salınan abad məhəllədə 1000 kvadratmetr sahəyə qazon döşənib, 250 kub münbit torpaq daşınıb. Binanın ətrafına 5500 kvadratmetr asfalt örtüyü vurulub. Binanın ətrafında Eldar şamı, aleandra və müxtəlif bəzək ağacları əkilib. Salınan yaşıllıqlara aqrotexniki qulluğun göstərilməsi üçün 200 metr su xətti çəkilib. Açılış mərasimində iştirak edən ağsaqqallar çıxış edərək əhalinin sosial problemlərinin həlli istiqamətində Qaradağ rayonunda müsbət təcrübənin olduğunu və bu işlərin bundan sonra da davam etdirilməsinin zəruriliyini qeyd ediblər. Çıxış edən sakinlər nümunəvi abad məhəllənin yaradılmasına görə ölkə rəhbərliyinə, rayon icra hakimiyyətinə öz minnətdarlıqlarını çatdırıblar.

Anar




 
Bölməyə aid digər xəbərlər
13.10.2019
Sabah ölkə ərazisində hava əsasən yağmursuz keçəcək
12.10.2019
Qubada keçirilən “Alma bayramı”nda 20 minə yaxın insan iştirak edib
12.10.2019
Vilayət Eyvazovdan yeni təyinatlar
11.10.2019
Masallıda 18 oktyabr –“Dövlət Müstəqilliyi Günü” nə həsr olunmuş cüdo idman növü üzrə rayon birinciliyi keçirilib
11.10.2019
Masallıda “Dini radikalizm və narkomaniya ilə mübarizədə təhsilin rolu“ mövzusunda tədbir keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10913

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Azərbaycanda sifilis xəstəliyinə yoluxmuş insanların sayı artıb
3 Ankarada “Buta Bakı“
4 Prezident Əli Əsədovun Baş nazir təyin edilməsi haqqında Sərəncam imzalayıb
5 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info