Türkiyə təhlükəsiz bölgə yaratmaqda qətiyyətlidir
Tarix: 08.10.2019 | Saat: 12:20:00 | E-mail | Çapa göndər


Türkiyə Suriyada Fərat çayının şərqini terrorçulardan təmizləyərək təhlükəsiz bölgə yaratmaqda qətiyyətlidir. Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy Fəratın şərqində yaradılacaq təhlükəsiz bölgə barədə bəzi xarici ölkə səlahiyyətlilərinin açıqlamaları ilə bağlı suala cavab verərək deyib: “Suriyadan qaynaqlanan bütün terror təhdidlərinə qarşı milli təhlükəsizliyə uyğun istənilən tədbirləri görmək Türkiyənin beynəlxalq hüquqa əsaslanan ən təməl haqqıdır. Türkiyə bu tədbirləri indiqədək müttəfiqlərilə birgə həyata keçirmək üçün maksimum cəhd göstərdi. Suriyanın şimalında yaradılacaq təhlükəsiz bölgə vasitəsilə qanuni təhlükəsizliklə bağlı maraqlarımızın qorunması və ev-eşiklərindən didərgin edilən yüz minlərlə suriyalının təhlükəsiz və könüllü şəkildə geri qayıtmalarına imkan yaratmalıyıq. ABŞ vədlərini yerinə yetirmədi. Proses çərçivəsində ABŞ təhlükəsizlik qüvvələri Fərat çayının şərqini işğal altında saxlayan PYD/YPG terror təşkilatı ilə nəinki əməkdaşlığa son qoymadı, üstəlik münasibətləri gücləndirərək davam etdirdi, ölkəmizlə mövcud müttəfiqliq münasibətlərinə zidd mövqe tutdu. Türkiyə beynəlxalq ictimaiyyətin məsuliyyət daşıyan üzvü kimi terrorun hər növü ilə mübarizə aparmaq əzmindədir. Həmsərhəd olduğumuz Suriya ərazilərində DAEŞ-in ruh ekizi olan, ölkəmiz və insanlarımızla yanaşı Suriya xalqına qarşı cinayətlər törədən PYD/YPG/PKK terror təşkilatının gücünün artırılmasına göz yumula bilməz.
Türkiyə Fərat çayının şərqini terrorçulardan təmizləyərək öz maraqlarını və təhlükəsizliyini qorumaq, ayrıca Suriyada dinclik və təhlükəsizliyi təmin etmək məqsədilə bu etibarlı bölgəni yaratmaq əzmindədir. Bununla da bölgədə Suriyanın torpaq bütövlüyü ilə birliyinə qarşı ciddi təhdid də aradan qaldırılacaq və gələcəkdə DAEŞ və buna oxşar bir problemin baş verməməsi üçün güclü zəmin yaranacaqdır”.




 
Bölməyə aid digər xəbərlər
15.10.2019
Eduard Şarmazanov: ”Azərbaycanla növbəti müharibə bizim Qarabağı itirməyimizlə yekunlaşa bilər”
15.10.2019
Ərdoğan: “Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü əsasında həlli üçün əlimizdən gələni edəcəyik“
15.10.2019
Türkiyə Prezidenti: “Milli mübarizələrdə bir-birimizin yanında olmaq qardaşlıq vəzifəmizdir”
15.10.2019
Səudiyyə Ərəbistanının tac şahzadəsi Çeçenistana səfər edəcək
14.10.2019
“Qolos Armenii”: “Paşinyan ölkəni cəhənnəmə çevirməkdədir”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10915

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Azərbaycanda sifilis xəstəliyinə yoluxmuş insanların sayı artıb
3 Ankarada “Buta Bakı“
4 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub
5 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info