Cəbhəçi qadın Əli Kərimliyə üsyan etdi: “Siz hələ hakimiyyətə gəlməmisiniz beləsiniz”
Tarix: 08.10.2019 | Saat: 12:49:00 | E-mail | Çapa göndər


Son bir ayda müxalifətin radikal qolunu təmsil edən Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) bir sıra uğursuz məsələlərlə bağlı gündəmə gəlir. Partiya daxilində vəziyyətin yaxşı olmaması isə AXCP-dən qopmaların çoxalmasından görünür. Partiya üzvlərinin bəziləri AXCP-dən ayrılmalarını aşkar bəyan edirlər. Hətta ilk gündən cəbhəçi olduğunu deyən Ənnağı Hacıbəyli kimi tanınmış hüquqşünas da artıq AXCP ilə yollarını ayırdığını elan etdi. Bu da azmış kimi, 1988-ci ildən xalq hərəkatının fəal üzvü, AXCP Nəzarət Təftiş Komissiyasının (NTK) sədri Aydın Əliyevin bir neçə gün öncə sosial şəbəkələrdə video-müraciət yayaraq, partiyadakı real mənfi duruma görə AXCP-dən getdiyini bəyan etməsi Əli Kərimliyə bir ayda vurulan ən böyük zərbə kimi də dəyərləndirilir. İndi isə daha bir cəbhəçi AXCP daxilində baş verənləri ictimailəşdirərək cəbhəçilərin partiyada, əslində, hansı işlərlə məşğul olmalarını ifşa edib... O, Dilarə Miriyeva adlı cəbhəçi xanımdır. Xanım cəbhəçi AXCP daxilindəki “ədalətsizliyə üsyan edərək, tüpürərək AXCP-dən getdiyini” vurğulayıb. Belə ki, AXCP üzvü olan Dilarə Miriyevanın sosial şəbəkələrdə yayılan səs yazısı Əli Kərimlini məyus edib. Səs yazısından aydın olur ki, D.Miriyeva partiya daxilində edilən haqsızlıqlardan, üzvlərə dəyər verilməməsindən şikayətlənir, ağlayaraq, Ə.Kərimliyə kəskin narazılığını bildirir: "Nə oldu? Nərmin Xəlil orda, Şəbnəm orda, Türkan orda, Fatimə orda, hamı orda, hamıya yer oldu Dilarə xanıma yer olmadı? Mən özümü sındırmadım, amma mənə bilirsiniz necə təsir edib bu? Əməyimin bəhrəsi bu idi? Siz hələ hakimiyyətə gəlməmisiniz beləsiniz. Hakimiyyətə gəlsəniz mənim kimisini, məni şəxsən ortada "tryapka” kimi istifadə edib atacaqsınız. Özünüz istədiklərinizi gətirəcəksiniz vəzifəyə, Dilarə xanımın da harada canı çıxır çıxsın. İndiyə qədər nətəhər idisə, elə də sürünsün. Demək məndən istifadə edin hakimiyyətə gəlmək üçün, sonra da məni atın, belə çıxır da. Çox təsir edib mənə, inanırsınız? Bu gün, bütün günü ağlamışam, şəkərim, təzyiqim hara çıxıb bilmirəm. Hamını gətirib üst başa keçirir, Emil Səlimovdur bunun hamısını edən”.
D.Miriyeva AXCP uğurunda hər şeyini qurban etdiyini, lakin qarşılıq görmədiyini dilə gətirib: "Hər şeyimi qurban etmişəm bu yolda. Məni il yarım nəvələrimin üzünə həsrət qoyub qızım, bu partiyaya görə. Oğlumu mənim üstümə qaldırıb, gündə onunla davadayıq buna görə. Bir şey olan kimi, Emil bir yandan üstümə düşür, Ruslan Əmirli bir yandan, Hüseynağa bir yandan, hərəsi bir təlimat verir, “Dilarə xanım belə elə, elə elə”. Həmin Dilarədir də, siz Dilarəni dəyərləndirmirsiniz? Mən onda tüpürüm sizə də, sizin partiyanıza da, hər şeyə də. Mən, ümumiyyətlə, partiyadan çıxıram, mənə lazım deyil bu partiya”.
Bu xanımın acı etirafları, ifşaları və ümumilikdə, cəbhə daxilində baş verənləri bu qədər səmimi və sadə şəkildə izah etməsindən- səs yazısından müxalifətdəki real durum aydın təsəvvür olunur. Bundan əvvəl də baş verən anormal siyasi proseslərdən aydın olurdu ki, AXCP bir adamın əli altında, şəxsi maraqlara xidmət edən kiçik bir siyasi təşkilata çevrilib. Son olaylar isə bir daha onu təsdiqlədi ki, AXCP heç də Əli Kərimlinin iddia etdiyi kimi, minlərlə adamın əsl partiya maraqları naminə birləşdiyi bir partiya deyil.

Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
14.10.2019
Macarıstanın Baş Naziri Azərbaycana səfərə gəlib
14.10.2019
Əli Həsənov: “Haqq işində Azərbaycan Türkiyənin yanındadır”
14.10.2019
Yeni Azərbaycan Partiyasının İcra Katibliyində “Qarabağ Azərbaycandır!” mövzusunda konfrans keçirilib
14.10.2019
Qazaxıstanın birinci Prezidenti, Türk Şurasının fəxri sədri Nursultan Nazarbayev Azərbaycana gəlib
14.10.2019
“Qlobal medianın inkişaf trendləri: Risklər və imkanlar” mövzusunda Bakı Beynəlxalq Media Konfransı keçirilir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10914

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Azərbaycanda sifilis xəstəliyinə yoluxmuş insanların sayı artıb
3 Ankarada “Buta Bakı“
4 Prezident Əli Əsədovun Baş nazir təyin edilməsi haqqında Sərəncam imzalayıb
5 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info