Bakı Metropoliteni maşinist seçiminə başladı
Tarix: 08.10.2019 | Saat: 13:12:00 | E-mail | Çapa göndər


"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti hərəkət qatarlarının maşinisti peşəsi üzrə namizədlərin seçimini həyata keçirir. Qurumun Mətbuat xidmətindən verilən məlumata görə, seçimdə iştirak etmək istəyən namizədlərin yaşı 24-30 arası, ali texniki və orta texniki təhsilli, ilk peşə ixtisaslı, kişi namizədlər üçün hərbi bilet (yararlılıq kateqoriyası ilə) olmalıdır. Seçim turunda qadınlar da iştirak edə bilərlər.
Seçim müsahibə və psixoloji testlərin keçirilməsi yolu ilə aparılacaq. Uyğun namizədlər tibbi yoxlamadan sonra tədris prosesinə qatılacaqlar. Tədris həm nəzəri, həm də praktiki hissələrdən ibarət olmaqla 5 ay davam edəcək. İmtahanlar həm nəzəri, həm də praktiki məşğələlər üzrə keçiriləcək.
İddiaçılar “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin rəsmi veb-səhifəsinin “Karyera və əməkdaşlıq” bölməsinə daxil olaraq, “Bizdə iş” yarımbölməsində elektron müraciət formasını doldurmalıdırlar. Elektron müraciət doldurularkən, iddia etdiyiniz peşə kimi “maşinist” göstərilməlidir. Elektron ərizələr 08 noyabr 2019-cu il tarixinə qədər qəbul edilir.

Tural




 
Bölməyə aid digər xəbərlər
18.10.2019
Vilayət Eyvazovdan əmr: Yol polisində mühüm dəyişiklik
18.10.2019
Qazaxda “N” saylı hərbi hissədə tədbir keçirilib
18.10.2019
“Vətənin müdafiəsinə hazıram!” devizi altında növbəti tədbir Salyanda keçirilib
18.10.2019
Bələdiyyə seçkiləri dekabrın 23-də keçiriləcək
18.10.2019
Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10921

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Vasim Məmmədəliyev vəfat edib
3 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
4 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info