Yasamal rayonundan olan çağırışçıların müddətli həqiqi hərbi xidmətə yolasalma mərasimi keçirilib
Tarix: 08.10.2019 | Saat: 16:52:00 | E-mail | Çapa göndər


Oktyabrın 8-də Yasamal rayonunda çağırışçı gənclərin müddətli həqiqi hərbi xidmətə yola salınması mərasimi keçirilib. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən (SHXÇDX) bildiriblər ki, Xidmətin Yasamal Rayon İdarəsinin şəxsi heyətinin, gənclərin, hüquq-mühafizə orqanlarının, ictimaiyyətin, kütləvi informasiya vasitələrinin nümayəndələrinin, ziyalıların, ağsaqqalların, şəhid ailələrinin üzvlərinin, Qarabağ veteranları və valideynlərin iştirakı ilə Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin adını daşıyan parkda keçirilən mərasimdə respublikamızın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, dövlət himni səsləndirilib. Mərasimdə çıxış edən SHXÇDX-nin Yasamal Rayon İdarəsinin rəisi, polkovnik Polad İbrahimov əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş ordu quruculuğu prosesinin Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib. Silahlı Qüvvələrimizin dünyanın ən güclü 50 ordusu sırasında yer almasının aparılan məqsədyönlü siyasətin, görülən ardıcıl tədbirlərin nəticəsi olduğunu diqqətə çatdırıb. Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova ölkəmizdə gənc nəslin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində həyata keçirilən işlərin müsbət nəticələr verdiyini, gənclərin müddətli həqiqi hərbi xidmət keçmək üçün ordu sıralarına böyük ruh yüksəkliyi ilə yola düşdüklərini bildirib. Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Yasamal rayon şöbəsinin sədri Bəhram Şeydayev çağırışçıların vətənimizin keşiyində ayıq-sayıq dayanmalarının, hərbi xidmət zamanı nizam-intizamlı olmalarının, komandirlərin tapşırığını layiqincə yerinə yetirmələrinin vacibliyindən danışıb.
Şəhid atası İlham Hacıağayev çıxışında hər bir azərbaycanlının Silahlı Qüvvələrimizin gücünə, qüdrətinə güvəndiyini vurğulayıb. Tezliklə Azərbaycan bayrağının Xankəndində, Şuşada və işğal altındakı digər tarixi torpaqlarımızda dalğalanacağına inam ifadə edib. Tədbirin sonunda çağırışçı gənclər üçrəngli bayrağımıza ehtiramlarını ifadə edərək ordu sıralarına yola düşüblər.

Anar




 
Bölməyə aid digər xəbərlər
19.10.2020
İşğal edilmiş Azərbaycan ərazilərində 82 növ Qafqaz endemi məhv edilib
19.10.2020
DİN vətəndaşlara müraciət edib
18.10.2020
Ad günün mübarək, Nigar, bağışla ki, qonşumuz qaniçən Ermənistandır
17.10.2020
Azərbaycanın 50 siyasi partiyası beynəlxalq və regional təşkilatlara müraciət ünvanlayıb
16.10.2020
Hər kəs can atır ki, cəbhəyə getsin - Quba Ağsaqqallar Şurasının sədri

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11795

1 “Azərbaycan-Pakistan dostluğu əbədidir və sarsılmazdır“ adlı rəsm müsabiqəsi
2 Бакинские армяне призывают Ереван прекратить оккупацию
3 Sergey Markov: “Paşinyan qorxur ki, onu güllələyəcəklər”
4 Aleksey Fenenko: “Paşinyan KTMT-yə ehtiyac duymadığını və dostlarının Qərbdə olduğunu söyləyirdi”
5 Meqan Markl sosial şəbəkələri narkotiklərlə müqayisə edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info