Ülvi Mehdiyev: “ASAN xidmət” modelinin digər ölkələrə ixracı istiqamətində işlər görülür”
Tarix: 08.10.2019 | Saat: 17:05:00 | E-mail | Çapa göndər


“Bu yaxınlarda Özbəkistanda növbəti anlaşma sazişi imzalanıb. Bu bizim beynəlxalq tərəfdaşlarımızla bağladığımız 12-ci müqavilədir. Həmin ölkələrin 10-da “ASAN xidmət” modelinin ixracı ilə bağlı işlərə başlanılıb. Tacikistan və Qırğızıstan da “ASAN xidmət” modelinin ixracı ilə əlaqədar müraciət edib. İxrac istiqamətində işlər aparılır. Təkcə “ASAN xidmət” modeli yox, ümumiyyətlə Azərbaycanın IT həlləri proqramları da digər ölkələrə ixrac olunur”. Bu sözləri Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev kütləvi informasiya vasitələrinin nümayəndələrinə müsahibəsində deyib.
Ülvi Mehdiyev, həmçinin deyib: “Xarici ölkələrdə yaşayan azərbaycanlıların “ASAN xidmət” modelindən yararlanması üçün Diasporla İş üzrə Dövlət Komitəsi ilə sazişimiz var, Tədbirlər Planı hazırlanıb. Hazırda bu istiqamətdə tədbirlər görülür. Ölkə dəqiqləşəndən sonra “ASAN xidmət” dövlət xidmətlərini həmin ölkədə yaşayan Azərbaycan vətəndaşlarına təqdim edəcək.
Bu il, ümumilikdə, 5 “ASAN xidmət” mərkəzi açılacaq. İlin sonuna qədər Şamaxı, Tovuz, Kürdəmir, Ağcabədi və Balakəndə “ASAN xidmət” mərkəzləri fəaliyyət göstərəcək. Həmçinin Quba və Tovuz şəhərlərində “ABAD”ın iki fabriki fəaliyyətə başlayacaq. Onların da əsas fəaliyyəti həmin regionda yaşayan ailə təsərrüfatlarına dəstək olmaqdan ibarətdir”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
13.12.2019
“Biz onlara muxtar kürd dövləti qurmaları üçün yardım sözü vermədik“
13.12.2019
Borisov: Heç bir ölkə Türkiyəni əvəz edə bilməz
12.12.2019
Ermənistan tərəfinin manipulyasiyaları danışıqlar prosesinə mane olur
12.12.2019
“Hər zaman ulu öndərin təhsil siyasətini əsas götürmüşəm”
12.12.2019
Ən böyük vəzifəmiz Prezident İlham Əliyevin ətrafında sıx birləşərək, ona layiqli yardımçı olmaqdır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11403

1 Azərbaycan Prezidenti İlham Əliyev zəmanəmizin ən uğurlu liderlərindən biridir
2 AZSIĞORTA Mərkəzi Bank əməkdaşlarını sığortalayacaq
3 “Gəncliyimiz Prezidentin onlara etibar və həvalə etdiyi məsuliyyətin yükünü çiyinlərində daşımağa qadirdir”
4 “Azərbaycanın sığorta bazarında hələ görüləcək işlər çoxdur”
5 Azərbaycan idmançıları Moskvada dünya rekordunu qıraraq çempion olublar


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info