ADPU-da “Azərbaycanda ali təhsilin gücləndirilməsinə dəstək” Tvinninq Layihəsi çərçivəsində seminar keçirilib
Tarix: 08.10.2019 | Saat: 17:06:00 | E-mail | Çapa göndər


Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Təhsil Nazirliyi Avropa Komissiyası ilə birgə keçirdiyi “Azərbaycanda ali təhsilin gücləndirilməsinə dəstək” Tvinninq Layihəsi çərçivəsində “Təlim nəticələrinin yazılması və qiymətləndirilməsi” mövzusunda seminar keçirilib.
Qeyd edək ki, seminarın universitet üzrə təşkilatçısı Tədris Departamentinin direktoru, dosent Sənan Əliyevdir.
Seminarın məqsədi iştirakçıların tədrisin müasir metodikası, təhsilalanların bilik və bacarıqlarının qiymətləndirilməsi haqqında məlumatlandırılmasıdır.
Seminarda ADPU-nun Tədris işləri üzrə prorektor, dosent Eldar Aslanov, Beynəlxalq əlaqələr üzrə prorektoru Nigar Abbaszadə, Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas şöbəsinin baş məsləhətçisi Azad Axundov, universitetin müvafiq şöbələrinin əməkdaşları və Tvinninq Layihəsi üçün seçilmiş ixtisaslar üzrə çalışan professor-müəllimləri, Sumqayıt Dövlət Universitetinin əməkdaşları iştirak ediblər.
Seminarı giriş sözü ilə açan Tədris işləri üzrə prorektor, dosent Eldar Aslanov Beynəlxalq layihələrdə iştirak etməyimiz bizi qarşıya qoyduğumuz hədəf və məqsədlərə yaxınlaşdırır. Hədəfimiz təhsilin keyfiyyətinin yüksəldilməsi, yüksəkixtisaslı pedaqoji kadrların hazırlanması, ölkənin və regionun ən yaxşı universitetlərindən biri olmaqdır. Bu baxımdan, Tvinninq layihəsi mühüm əhəmiyyət kəsb edir.
Sonra Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas şöbəsinin baş məsləhətçisi Azad Axundov və Tvinninq Layihəsinin koordinatoru Yelizaveta Bıdanova çıış edərək seminarın məqsədi barədə məlumat verib, iştirakçılara uğurlar arzulayıblar.
Seminarda Tvinninq Layihəsinin eksperti Mara Jure (Latviya) Təlim nəticələrinin yazılması və qiymətləndirilməsinə dair təqdimatla çıxış edib. Təqdimatla çıxış edən Mara Jure bildirib ki, təlimin məqsədi müəllim fəaliyyətlərini səciyyələndirmək və tələbənin təlim nəticəsində əldə etdiklərini nümayiş etdirməkdir. Təlim məqsədlərindən ümumi təlim nəticələrinin əldə edilməsi məqsədilə spesifik mövzuları, yaxud fərdi təlim fəaliyyətlərinin təşkil edilməsində istifadə olunur.




 
Bölməyə aid digər xəbərlər
11.10.2019
Bakı Ali Neft Məktəbi və Yuqorsk Dövlət Universiteti arasında əməkdaşlıq müzakirə olunub
10.10.2019
UNEC-də əməkhaqları artırılıb
10.10.2019
Aİİ XIII Beynəlxalq Təhsil Sərgisində ilk dəfə iştirak edir
10.10.2019
AMEA Elm Tarixi İnstitutu “Bakı Dövlət Universitetinin tarixi“ kitabının təqdimatını keçirəcək
10.10.2019
Ədəbiyyat İnstitutunda “Azərbaycanca – özbəkcə, özbəkcə – azərbaycanca” lüğət kitabının təqdimat mərasimi keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10913

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Azərbaycanda sifilis xəstəliyinə yoluxmuş insanların sayı artıb
3 Prezident Əli Əsədovun Baş nazir təyin edilməsi haqqında Sərəncam imzalayıb
4 Ankarada “Buta Bakı“
5 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info