“Valday” klubunun toplantısında erməni yalanları ifşa edildi
Tarix: 08.10.2019 | Saat: 17:22:00 | E-mail | Çapa göndər


“Valday” klubunun toplantısında Azərbaycan Prezidenti İlham Əliyevin “Qarabağ – Azərbaycandır və nida!” bəyanatı Azərbaycan ictimaiyyətində böyük ruh yüksəkliyi yaradıb. Bütün ictimaiyyət bu fikirləri qürurla dinləyib. Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi, politoloq İlyas Hüseynov “Palitra”ya bildirdi ki, “Valday” klubunun toplantısında Prezident İlham Əliyevin parlaq çıxışı həm beynəlxalq, həm də yerli siyasi təhlilçilərin böyük marağına səbəb olub: “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Valday” klubunun növbəti yığıncağına dəvət alması çox mühüm əhəmiyyət kəsb edən məsələdir. “Valday” klubunun illik iclaslarında nüfuzlu dövlət və hökumət başçıları, mötəbər rəsmi şəxslər iştirak edir. Eyni zamanda, bu klub dünyada baş verən iqtisadi, siyasi və hərbi məsələlərlə bağlı diskussiya məkanıdır. “Valday” Beynəlxalq müzakirə klubu Rusiyanın xarici və daxili siyasətinin öyrənilməsində ixtisaslaşmış, tanınmış mütəxəssislərin yığıncağıdır. Burada dünyanın siyasi gündəmi ilə bağlı olan çıxışlar edilir, bir sıra mühüm görüşlər keçirilir. Bu səbəbdən Prezident İlham Əliyevin belə bir yığıncağa dəvət alması mühüm əhəmiyyət kəsb edir. Dövlət başçısının orada bir sıra görüşlərdə iştirak etməsi ondan xəbər verir ki, İlham Əliyevin nüfuzu təkcə MDB məkanında deyil, eyni zamanda, dünyada müsbət, həddən artıq böyük reytinqə malikdir. Bu gün Azərbaycan dünyada və Avropada enerji təhlükəsizliyinə təhdidin qarşını alan, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında aparıcı bir dövlət kimi tanınır. Eyni zamanda, qeyri-neft sektorunun inkişafına görə çox əhəmiyyətli bir dövlətə çevrilib və balanslı siyasəti ilə heç bir hərbi bloka qoşulmadan öz siyasətini doğru istiqamətdə aparır”.
Politoloqun fikrincə, Azərbaycanın dövlət başçısı İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin şəxsi dəvəti ilə bu tədbirdə iştirak etməsi onu göstərir ki, dünya nizamının gələcək vəziyyəti, siyasi, iqtisadi, enerji təhlükəsizliyi, hərbi, ekoloji və digər mühüm məsələlərin müzakirə olunduğu platformada böyük intellekt sahibi olan Azərbaycanın rəhbərinin fikirlərinə və mövqeyinə ehtiyac vardır: “Prezident İlham Əliyev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq üçün istənilən platformadan məharətlə istifadə edir. Konfransın mövzusundan asılı olmayaraq, Azərbaycan Prezidenti çıxışını Qarabağ probleminə həsr etdi. Yalnız çıxışının giriş hissəsində Azərbaycan-Rusiya strateji əməkdaşlığının inkişaf istiqamətlərinə toxundu. Prezident İlham Əliyev iştirak etdiyi bütün beynəlxalq tədbirləri Azərbaycanın ən ağrılı problemini dünya ictimaiyyətinin diqqətinə çatdırmaq üçün vasitə hesab edir. Eyni zamanda, müxtəlif beynəlxalq tədbirlərdə çıxışı zaman Prezident İlham Əliyev əsas diqqəti Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə çəkir. Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın Baş nazirinin cari ilin avqustun 5-də Azərbaycanın işğal altında olan qədim torpağı Xankəndidə səsləndirdiyi “Qarabağ Ermənistandır və nöqtə” bəyanatına cavab olaraq “Valday” Beynəlxalq Müzakirə Klubunun 16-cı illik toplantısının plenar sessiyasında çıxışı zamanı qətiyyətli şəkildə “Qarabağ tarixi əzəli Azərbaycan torpağıdır və “Qarabağ Azərbaycandır və nida işarəsi” deməsi Ermənistanın populist rəhbərliyinə çox tutarlı bir cavab oldu”.
İlyas Hüseynov dedi ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın öz hakimiyyətini qorumaq üçün yalan və hiylə üzərində qurduğu populist çıxışı daxili auditoriya üçün nəzərdə tutulmuşdu: “Amma Azərbaycan Prezidenti İlham Əliyev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırdı. Nüfuzlu diplomatların, peşəkar hərbçilərin, tanınmış ekspertlərin, media nümayəndələrinin və Rusiyanın rəhbərliyində təmsil olunan bir sıra mühüm şəxslərin qarşısında çıxışı zamanı Prezident İlham Əliyev Ermənistanın Azərbaycana qarşı təcavüzü haqqında danışarkən bütün dünyada sülhün və təhlükəsizliyin əsas qarantı kimi çıxış edən Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin yerinə yetirilməsi/implementasiyası prosesində problemlərin olduğunu auditoriyanın diqqətinə çatdırdı. Bir sıra ölkələrə münasibətdə BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin qısa zaman kəsiyində icra olunduğunun şahidi olsaq da, digər ölkələrin ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı ilə bağlı qəbul edilən qətnamələr yalnız kağız üzərində qalır. Münaqişənin səbəblərinə tarixi ekskursiya edən Azərbaycan Prezidenti Dağlıq Qarabağ və ətraf rayonlardan deyil, həm də Ermənistandan qovulan azərbaycanlı qaçqınlar problemini bir daha gündəmə gətirdi”.
Onun sözlərinə görə, Azərbaycan Prezidentinin “Valday” tribunasındakı möhtəşəm çıxışı bizdə bir daha əminlik yaratdı ki, Dağlıq Qarabağ problemi dövlətimizin milli maraqları çərçivəsində öz həllini tapacağı gün uzaqda deyil: “Təcrübə göstərir ki, Azərbaycan Prezidenti, Ermənistanın rəhbərindən fərqli olaraq öz verdiyi vədləri daim yerinə yetirir və hər zaman öz xalqını düşünür. Bu sözlərin arxasında ölkəmizin bütün düşmənlərini ifşa etmək üçün hər fürsətdən istifadə edən, güclü siyasi iradəyə malik böyük bir vətənpərvər durur. Prezident İlham Əliyevin çıxışı bir daha göstərdi ki, Azərbaycan öz prinsipial mövqeyini daim inamlı şəkildə müdafiə edəcək. Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü həm daxili, həm də xarici siyasət çox müsbət bir istiqamətdə inkişaf edir və bu, dünya liderləri tərəfindən qəbul olunur”.

Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
23.10.2019
‘‘Türkiyә terrorla mübarizәdәki qәtiyyәtini dünyaya göstәrdi’’
23.10.2019
Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı regionda təhlükəsizliyə təhdid yaradır
23.10.2019
“ABŞ tərəfdən verilən vədlər tam mənada yerinə yetirilmədi”
22.10.2019
“Avropalı müttəfiqlər Türkiyəni daha çox dəstəkləməlidir”
22.10.2019
Maksim Şevçenko: Aİ Azərbaycandakı aksiyadan narahatlıq ifadə etməkdənsə, İspaniya hökumətinə qarşı bəyanatlar versin

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10924

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 “Polşada yeni müstəvidə və daha innovativ fəaliyyətə başlayırıq”
3 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 SON DƏQİQƏ: Ərdoğan və Putin razılaşdı - Türkiyə tarixi diplomatik qələbə qazandı...


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info