Erməni deputatlar mandatdan niyə imtina edirlər?
Tarix: 08.10.2019 | Saat: 18:37:00 | E-mail | Çapa göndər


«Böyük amallar» carçısının fiaskoya uğradığını görən «paşinyansevərlər» onu tərk etməyə başlayıblar

Bu gün Ermənistnada yaşananlar ölkəni vətəndaş qarşudurmasına sürükləyir. Məsələ bundadır ki, hakimiyyəti itirəcəyindən qorxan Paşinyan baş nazir postunu qorumaq üçün hər vasitədən yararlanmağa çalışır. Ona görə də onun, daha çox vaxtilə sabiq hakimiyyətdə təmsil olunanlara qarşı hücumları səngimir. Məsələn, ötən gün Ermənistan hökumətinin saytında yerləşdirilən bir məlumatda İrəvanın polis rəisi vəzifəsindən azad edildikdən sonra Paşinyanın baş müşaviri postuna gətirilən Valeriy Osipyanın bu vəzifədən də uzaqlaşdırıldığı barədə məlumat yerləşdirilib. Maraqlıdır ki, erməni hökumətinin rəsmi saytında yer alan bu məlumat, baş nazirin mətbuat katibi Vladimir Karapetyan tərəfindən, nədənsə, bir müddət təkzib edilib. Belə ki, mətbuat katibi bu məsələ ilə bağlı ünvanlanan sorğuları birtərəfli cavablandırıb. Əslində isə, Osipyanın vəzifəsindən uzaqlaşdırılması barədə məlumat oktyabrın 3-də erməni KİV-lərində yer almışdı. Həmin KİV-lər Osipyan məsələsi ilə bağlı gizlinləri hakimiyyət hərisliyini artıq pik həddə çatdıran Paşinyanın hər şeydən ehtiyat etməsi kimi qələmə verirlər. Yeri gəlmişkən, bildirək ki, özünə “demokrat” ayamasını yapışdırmağa çalışan Paşinyan və onun təmsil olunduğu
Partiyada çalxalanmalar səngimir. Məsələ bundadır ki, vaxtilə «böyük amallar» carçısının tribunadan xalqa ərz etdiklərinin əksəriyyətinin fiaskoya uğradığını görən bəzi «paşinyansevərlər» artıq onu tərk etməyə başlayıblar. Xatırladaq ki, hələ bir müddət əvvəl Paşinyana yaxın «Yelk»dən parlamentə deputat «seçilən» Alen Simonyan cəmi bir həftədən sonra deputat mandatından imtina etmişdi. Belə ki, atdığı addımın əsl səbəbini açıqlamayan “bir həftəlik” deputat özünün şəxsi «Fasebook» səhifəsində bundan sonrakı fəaliyyətini İrəvanın Ağsaqqallar Şurasında davam etdirəcəyini bildirmişdi. Maraqlıdır ki, dünən Ermənistan parlamentindəki fəaliyyətinə xitam verən növbəti erməni deputat məhz Paşinyana yaxın «Mənim addım» blokundandır. Bu barədə İrəvan meri Hayk Marutyan şəhər Ağsaqqallar Şurasının iclasında məlumat verib. O, «Mənim addım» blokundan İrəvan Ağsaqqallar Şurasının üzvü Artur Manukyanın da öz deputat mandatından imtina etdiyini bəyan edib. Məsəl var deyərlər: «sel gələndə özündən əvvəl çör-çöp gətirər». Təbii ki, bu gün Ermənistandakı yaşantılar siyasi mövqeyini gücləndirmək üçün vurnuxan Paşinyan hökuməti üçün elə də xoş bir sabah vəd etmir. Elə Paşinyanı da qorxudan budur. Bu gün təkcə o deyil, həm də bir çox erməni siyasətçiləri ölkədə siyasi qarşıdurmanın hər an baş verə biləcək ehtimalına şübhə etmirlər.

Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
31.10.2020
Rusiya XİN Paşinyanın Putinə kömək üçün müraciətinə mənfi cavab verdi
31.10.2020
Moskvada koronavirusdan daha 55 nəfər ölüb
30.10.2020
Ermənistan məhbusları Qarabağa göndərir
30.10.2020
Məni zorla döyüşlərə cəlb ediblər - Erməni din xadimi
30.10.2020
“Döyüşlər Şuşa divarları altında gedir, köməyə gəlin...“

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11805

1 Burunda olan tükləri kəsmək olmaz...
2 Azərbaycan əsgərinə həsr edilən mahnı Türkiyədə təqdim olunub
3 Şimpanzelər və yaşlı insanlar özlərinə dostu eyni yolla seçirlər
4 Минская группа ОБСЕ должна прекратить помогать Армении в оккупации земли Азербайджана
5 Qubadlıda 5 mindən çox nadir muzey eksponatı talan edilib -Tarixçi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info