Azərbaycan vətəndaşlığına qəbul edilmiş şəxslərin andiçmə mərasimi olub
Tarix: 08.10.2019 | Saat: 18:56:00 | E-mail | Çapa göndər


Prezident İlham Əliyevin 355 nəfərin Azərbaycan Respublikasının vətəndaşlığına qəbul və bərpa edilməsi haqqında sentyabrın 27-də imzaladığı Sərəncamın icrası istiqamətində Dövlət Miqrasiya Xidmətində (DMX) həmin şəxslərin təntənəli andiçmə mərasimi keçirilib. Sərəncama əsasən, 338 nəfər vətəndaşlığa qəbul olunub, 17 nəfərin isə vətəndaşlığı bərpa edilib. DMX-dən AZƏRTAC-a bildiriblər ki, Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov tədbir iştirakçılarını salamlayaraq əlamətdar gün münasibətilə onları təbrik edib. Bildirib ki, vətəndaşlıq alan şəxslərin hər biri Azərbaycanla sıx bağlı olan, bu torpağı sevən insanlardır. Xidmət rəisi, həmçinin Azərbaycan vətəndaşı olmağın üstünlüklərindən bəhs edib. Qeyd edib ki, bundan sonra vətəndaşlıq hüququ əldə edənlərin hər biri dövlətin bütün imkanlarından yararlana, seçkili orqanlarda iştirak edə biləcəklər. Onların iş imkanları daha da genişlənəcək. Prezident İlham Əliyevin sərəncamlarına əsasən, sosial, iqtisadi, siyasi, mədəni, bir sözlə, bütün sahələrdə dinamik inkişaf vətəndaşların həyatında özünü aydın büruzə verir. Məhz bu səbəbdən Azərbaycanın tam hüquqlu vətəndaşı olmaq həqiqətən də böyük fəxr və xoşbəxtlikdir. Sonra vətəndaşlığa qəbul olunan 355 nəfər təntənəli şəkildə Azərbaycanın Dövlət Bayrağı önündə Konstitusiyaya əl basaraq, dövlət dilində ölkəmizə sadiq olacaqları barədə and içiblər. Tədbir dövlət himninin səsləndirilməsi ilə yekunlaşıb.




 
Bölməyə aid digər xəbərlər
18.10.2019
Vilayət Eyvazovdan əmr: Yol polisində mühüm dəyişiklik
18.10.2019
Qazaxda “N” saylı hərbi hissədə tədbir keçirilib
18.10.2019
“Vətənin müdafiəsinə hazıram!” devizi altında növbəti tədbir Salyanda keçirilib
18.10.2019
Bələdiyyə seçkilərinin TARİXİ açıqlandı
18.10.2019
Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10921

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Vasim Məmmədəliyev vəfat edib
3 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
4 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info