Əli Kərimlinin 50 nəfərlə “inqilab” cəhdi növbəti özünüifşaya çevrildi
Tarix: 08.10.2019 | Saat: 20:06:00 | E-mail | Çapa göndər


Siyavuş Novruzov: "Milli Şuranın piketi təxribat xarakteri daşıyırdı"

“Bu gün Azərbaycan Xalq Cəbhəsi Partiyası və Milli Şura “Sərbəst toplaşmaq haqqında” qanunun tələblərini pozaraq təyin olunmuş yerdə deyil, orta məktəbin qarşısında dərs prosesini pozmaqla, şagirdlərin və valideynlərin hərəkətinə mane törətməklə piket keçirib”. Bunu APA-ya açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Siyavuş Novruzov deyib. S. Novruzov bildirib ki, aksiya başlamazdan əvvəl, təyin olunmuş yerdə deyil, insanların intensiv hərəkət etdiyi, yaşayış olduğu dar səkidə müxtəlif şüarların səsləndirilməsi, ajiotaj yaratmaq cəhdləri qanunun tələblərinə zidd əməllər olmaqla yanaşı, həm də bu insanların niyyətlərinin öz etirazlarını bildirmək deyil, asayiş keşikçilərini təxribata çəkmək və problem yaratmaq olduğunu nümayiş etdirib: “Təşkilatçılar öncədən Bakı Şəhər Baş Polis İdarəsinə dəvət edilib, onlara piketdə səsləndiriləcək şüarlar və digər məsələlərlə əlaqədar xəbərdarlıq olunub, lakin onlar yenə də piketin keçirilməsi zamanı qanuni tələblərə əməl etməyiblər. Kənarda əlində “Xalq sizinlədir, cənab Prezident İlham Əliyev” şüarı ilə dayanan bir nəfərə hücum, plakatın onun əlindən alınması və cırılması bu insanların destruktiv, dözümsüz, təxribatçı qaragüruh olduğunu, heç bir sivil mübarizə metodlarını tanımadığını göstərdi. Bunun özü də piketin təxribat xarakteri daşıdığını təsdiqləyir”. S.Novruzov qeyd edib ki, Əli Kərimli piketdə görünməyib, prosesi kənardan izləmək yolunu tutub: “Tədbirin təşkilatçıları, AXCP və Milli Şuranın rəhbərliyində duranların heç bir bu aksiyada iştirak etmədi. Məqsəd piketə ancaq müəyyən adamları təlimatlandıraraq göndərməklə təxribat yaratmaq, sonra bu görüntüləri çəkərək Avropa qurumlarına göndərmək olub. “Sərbəst toplaşmaq haqqında” qanunun tələbləri və təşkilatçılar buna görə cavabdehlik daşıyırlar”. Qeyd edək ki, Əli Kərimlinin 50 nəfərlə “inqilab” etmək cəhdi AXCP və “Milli Şura” adlı qurumun miskin durumunu, verilən populist bəyanatların arxasında heç bir real güc olmadığını açıq şəkildə nümayiş etdirdi. Əli Kərimlinin sosial şəbəkələrdə vətəndaşları bu aksiyanı müşahidə etməyə çağırması, şəhərin mərkəzində itaətsizlik mühiti və hətta mümkün olacağı təqdirdə qarşıdurma yaratmaq, özünü müxalifətdə real güc mərkəzi kimi təqdim etmək və müvafiq piar kampaniya aparmaq məqsədi daşıyıb. Aidiyyəti orqanların xəbərdarlığına baxmayaraq, sosial şəbəkələrdə piketi mitinqə çevirmək və daha radikal metodlara əl atmaq çağırışları Ə.Kərimli və ətrafının niyyətinin heç də dinc aksiya keçirmək deyil, yaradılmış imkandan istifadə edərək öz məkrli niyyətlərini reallaşdırmaq olduğunu göstərdi. Aksiya başlamamışdan əvvəl, təyin olunmuş yerdə deyil, insanların intensiv hərəkət etdiyi, yaşayış olduğu dar səkidə müxtəlif şüarların səsləndirilməsi, ajiotaj yaratmaq cəhdləri qanunun tələblərinə zidd əməllər olmaqla yanaşı, həm də bu insanların niyyətlərinin öz etirazlarını bildirmək deyil, asayiş keşikçilərini təxribata çəkmək və problem yaratmaq olduğunu nümayiş etdirdi. Polisin qanuni tələblərinə əməl etməmək, müqavimət göstərmək, təhqiramiz ifadələr işlətmək, yolu bağlamaq, nəqliyyatın hərəkətinə maneçilik törətmək və s bu kimi əməllər bir daha göstərir ki, 90-cı illərin psixologiyası, ab-havası ilə yaşayan bu ünsürlər heç vaxt düzəlməyəcəklər və ilk fürsətdə cəmiyyətdə qarşıdurma, xaos yaratmağa çalışacaqlar. Əli Kərimlinin piketdə görünməməsi, öz ətrafını təlimatlandırıb prosesi kənardan izləmək yolunu tutması da müəyyən suallar yaradıb. Söz demək üçün imkan, meydan axtaran AXCP sədrinin deməyə sözü yoxdur, tükənib, yoxsa personası haqqında o qədər yüksək fikirdədir ki, piketi özünə yaraşdırmayıb? Bütün bunlar bir daha açıq şəkildə nümayiş etdirir ki, AXCP və “milli şura”da toplaşan radikal ünsürlər normal qaydada, sivil, qayda-qanuna riayət etməklə kütləvi tədbir keçirmək iqtidarında deyillər. Bunlar hər belə bir imkanı qanunları pozmaq, qarşıdurma yaratmaq və tamaşa təşkil edərək növbəti kampaniya üçün mövzu qazanmaq şansı kimi qiymətləndirirlər.
Cavidan




 
Bölməyə aid digər xəbərlər
14.10.2019
Ərdoğan: Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası bütün türklərin birləşdiyi təşkilatdır
14.10.2019
Macarıstanın Baş Naziri Azərbaycana səfərə gəlib
14.10.2019
Əli Həsənov: “Haqq işində Azərbaycan Türkiyənin yanındadır”
14.10.2019
Yeni Azərbaycan Partiyasının İcra Katibliyində “Qarabağ Azərbaycandır!” mövzusunda konfrans keçirilib
14.10.2019
Qazaxıstanın birinci Prezidenti, Türk Şurasının fəxri sədri Nursultan Nazarbayev Azərbaycana gəlib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10914

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Azərbaycanda sifilis xəstəliyinə yoluxmuş insanların sayı artıb
3 Ankarada “Buta Bakı“
4 Prezident Əli Əsədovun Baş nazir təyin edilməsi haqqında Sərəncam imzalayıb
5 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info