Azərbaycanın tutduğu yol alternativsiz yoldur
Tarix: 09.10.2019 | Saat: 08:58:00 | E-mail | Çapa göndər


Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatının Geofizika və Geologiya İdarəsi ərazi ilk partiya təşkilatının təşkilatçılığı ilə görülən işlərə və qarşıda duran vəzifələrə həsr olunan tədbir keçirilib.

YAP-dan Trend-ə verilən məlumata görə, SOCAR-ın Geofizika və Geologiya İdarəsinin rəisi Elçin Şirinov bildirdi ki, 1991-93-cü illərdə respublikamızda demək olar ki, hakimiyyətsizlik mühiti yaranmışdı: “O zaman ölkəmizin iqtisadiyyatı dağılmışdı. Yeni iqtisadiyyatı qurmaq üçün maliyyə vəsaiti yox idi. Hakimiyyətdə rəhbərlik qabiliyyəti olmayan insanlar qərarlaşmışdı. Ulu öndər Heydər Heydər Əliyevin 1993-cü ildə xalqın iradəsi, çağırışı və təkidli tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycanın siyasi və iqtisadi həyatında taleyüklü dəyişikliklərin başlanğıcını qoydu. Azərbaycanı labüd fəlakətdən xilas edən dahi rəhbər Heydər Əliyev ölkənin iqtisadi yüksəlişi üçün böyük işlər gördü. Bütün siyasi gedişlərində Azərbaycanın milli və dövlətçilik maraqlarını əsas götürən ulu öndər Heydər Əliyevin hazırladığı neft strategiyasının təməli olan “Əsrin müqaviləsi”nin reallaşmasında əsas məqsəd Azərbaycanı o dövrdə üzləşdiyi siyasi, iqtisadi, ideoloji blokadadan çıxarmaq, ölkəmizin dünya birliyinə inteqrasiyasında xalqımızın milli sərvəti olan zəngin neft yataqlarından bugünkü və gələcək nəsillərin rifahı naminə istifadə etmək idi. Müqavilə ilə əlaqədar aparılan və mütəxəssisələrin birgə fəaliyyətinin nəticəsi kimi hazırlanan layihələrə, irəli sürülən təkliflərə xüsusi diqqət, məsuliyyət, uzaqgörən siyasətlə yanaşan ulu öndər Heydər Əliyevin səyləri nəticəsində sənədlərə Azərbaycanın milli mənafelərini əks etdirən müddəa və bəndlər əlavə olundu. Azərbaycanın o dövrdə üzləşdiyi vəziyyəti nəzərə alaraq tam əminliklə demək olar ki, dünya birliyinin maraq göstərdiyi ilk belə nəhəng layihənin hazırlanması, tanınmış neft şirkətlərinin “Əsrin müqaviləsi”ndə iştirakı lider qətiyyətinin məntiqi nəticəsi idi”.

E.Şirinov qeyd etdi ki, son dövrlərdə “Ümid” yatağı kəşf olundu: “Orada kifayət qədər qaz ehtiyatları var. Bizim hazırda bir neçə perspektivli yeni yataqlarımız var ki, onlar gələcəkdə Azərbaycan xalqına böyük töhfələr verəcək. Bu işlər davam etdirilir. Son 2-3 ildə kəşfiyyat işlərini bir qədər də artırmışıq. Hazırda “Gürgan” və “Çilov” sahələrində güclü kəşfiyyat işləri aparılır. Yaxın günlərdə “Neft Daşları” yatağının 70 illiyini qeyd edəcəyik. Növbəti ilə planlaşdırırıq ki, “Neft Daşları” yatağının geoloji quruluşunu mükəmməl şəkildə öyrənək və rəhbərliyə təqdim edək. Güman edirik ki, “Neft Daşları” yatağı xalqımıza hələ uzun müddət böyük töhfələr verəcək. Bu gün ölkəmizin nailiyyətlərinin miqyası genişdir. Bu nailiyyətləri qəbul etməyənlər isə Azərbaycanı istəməyən qüvvələrdir. Biz hər zaman belələrinə qarşı mübarizə aparmalıyıq. Ona görə də ölkə Prezidenti İlham Əliyevin ətrafında sıx birləşməliyik. Bizim bir yolumuz var: bu, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu, hazırda cənab İlham Əliyevin uğurla davam etdirdiyi yoldur. Bu yolda sizin hər birinizə uğurlar arzulayıram”.»

YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirdi ki, belə görüşlərin keçirilməsində məqsəd görülən işlər və qarşıda duran vəzifələrlə bağlı fikir mübadiləsi aparmaq, YAP üzvlərinin ölkənin ictimai-siyasi həyatında daha fəal iştirakını təmin etməkdir: “ YAP mütəmadi olaraq həyatımızın bütün sahələrində mövcud reallıqları özündə əks etdirən tədbirlər həyata keçirir. Geofizika və Geologiya İdarəsi ərazi ilk partiya təşkilatı YAP-ın SOCAR-da ən aparıcı ilk təşkilatlarından biridir. YAP-ın hər bir üzvü cənab İlham Əliyevin ölkəmizdə həyata keçirdiyi siyasətə, reallaşdırdığı təşəbbüslərə öz fəallıqları ilə dəstək olmalıdır.»

Bu ilin ölkəmizdə bələdiyyə seçkiləri ili olduğunu önə çəkən V.Rəhimzadə bildirdi ki, 2020-ci ildə isə parlament seçkiləri baş tutacaq: «YAP üzvləri əvvəlki seçkilərdə olduğu kimi, bu seçki kampaniyalarında da xüsusi fəallıq nümayiş etdirməlidirlər. Bu, hər birimizin üzərinə düşən bir öhdəlikdir. Təbii ki, bu gün Azərbaycanı istəməyən qüvvələr var. Ölkəmiz daha da gücləndikcə dostlarının sayı artmaqla yanaşı, uğurlarını həzm etməyən qüvvələrin mövcudluğu daha çox nəzərə çarpır. Ona görə də partiyamızın üzvləri hər zaman fəal olmalı, Azərbaycan reallıqlarını sosial şəbəkələr vasitəsilə geniş təbliğ etməli, dünya ictimaiyyətinə çatdırmalıdırlar. YAP üzvlərinin ictimai fəallığının artırılması qarşımızda duran ən vacib hədəflərdən biri olmalıdır. Ölkəmizdə bu gün siyasi sabitlik hökm sürür. Təbii ki, əgər sabitlik olmasa, hər hansı bir uğurdan söhbət gedə bilməz. Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə dinamik inkişaf edir, iqtisadi imkanlarını daha da genişləndirir. Azərbaycanın sosial-iqtisadi inkişafına böyük töhfələr verən, beynəlxalq aləmdə ölkəmizin brendinə çevrilən SOCAR-ın əməkdaşlarının bu sahədə əməyi xüsusilə qeyd olunmalıdır. Neftçilərin əməyi çətin və şərəflidir. Onlar Azərbaycanın fədakar və qürurverici insanlarıdır. Bu gün SOCAR dünyanın bir sıra ölkələrində Azərbaycanın mənafeləri naminə yatırımlar edir, regionlarımızın inkişafında böyük rol oynayır. Geofizika və Geologiya İdarəsi SOCAR-ın bir struktur vahidi olaraq bu sahədəki fəaliyyətində Azərbaycanda öncül yerlərdən birini tutur. Hər birinizə uğurlar, daha böyük nailiyyətlər arzulayıram.»
Tədbirdə çıxış edən YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev söylədi ki, Azərbaycanın tutduğu yol alternativsiz yoldur: “Bu, Heydər Əliyev yoludur. Müstəqilliyimizin bərpa olunduğu 1991-ci ildən 1993-cü ilədək ölkəmizdə dövlət quruculuğu sahəsində heç bir addım atılmamışdı. Məhz 1993-cü ildən, ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışından sonra Azərbaycanda hüquqi dövlət quruculuğu sahəsində böyük işlərin görülməsinə başlandı. Ulu Öndər hər zaman deyirdi ki, müstəqillik elan etmək, dövləti qurmaq, bəyanat vermək asandır, ancaq onu qoruyub saxlamaq ondan çox çətin və məsuliyyətlidir. Dahi şəxsiyyət Heydər Əliyevin siyasi kursunun mənası odur ki, bu yol ancaq quruculuq və inkişaf yoludur. Məhz “Əsrin müqaviləsi”nin imzalanmasında Ümummilli Liderin xalq, dövlət naminə göstərdiyi qətiyyət dahi rəhbərin misilsiz tarixi xidmətlərinin ən çətini və ən şərəflisidir”.»
T.Tağıyev bildirdi ki, artıq “Əsrin müqaviləsi”nin imzalanmasından 25 il ötüb: “Bu tarixi hadisə xalqımızın yaddaşında əbədi yaşayacaq. Çünki məhz bu tarixi addımla müstəqilliyini bir daha sübut edən Azərbaycan öz sərvətlərinə tam sahib olduğunu bütün dünyaya nümayiş etdirdi. Dünya birliyinin həsəd apardığı Azərbaycanın dinamik, davamlı inkişafına gedən yolun təməli bu tarixdən başlanır. Hazırda bu yolu Prezident İlham Əliyev uğurla davam etdirir. Bu gün hər bir azərbaycanlı bilməlidir ki, müstəqil dövlətimizin qorunub saxlanılmasında kimdənsə kömək gözləməməliyik, bu işdə yalnız öz gücümüzə arxalanmalıyıq. Gənclərin üzərinə düşən vəzifə, ilk növbədə, bilikli, savadlı olmaq, ölkəmizin gələcəyi naminə çalışmaq, bu istiqamətdə fəallıq nümayiş etdirməkdir”.




 
Bölməyə aid digər xəbərlər
13.10.2019
Trampdan Türkiyəyə sanksiya mesajı: Gözləyin...
13.10.2019
Ərdoğan sabah Azərbaycana səfər edəcək
13.10.2019
Suriyanın Tel Abyad şəhəri YPG/PKK terrorçularından təmizlənib
13.10.2019
Yeni Kaledoniyanın müstəqilliyi ilə bağlı keçiriləcək referendumun vaxtları açıqlanıb
13.10.2019
Trampın təhdidinə Ankaradan tarixi cavab...

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10913

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Azərbaycanda sifilis xəstəliyinə yoluxmuş insanların sayı artıb
3 Prezident Əli Əsədovun Baş nazir təyin edilməsi haqqında Sərəncam imzalayıb
4 Ankarada “Buta Bakı“
5 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info