Aİİ-nin müəllimi beynəlxalq simpoziumda iştirak edib
Tarix: 09.10.2019 | Saat: 10:46:00 | E-mail | Çapa göndər


Azərbaycan İlahiyyat İnstitutu Dinşünaslıq kafedrasının müəllimi fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Anar Qafarov Türkiyə Respublikası Ağrı şəhəri İbrahim Çeçen Universitetində keçirilən İslam dünyasının elm və mədəniyyət tarixçisi professor Fuat Sezginin həyat və yaradıcılığına həsr olunmuş “III Beynəlxalq Əhmədi-Hani Simpoziumu”nda iştirak edib.
Bir çox ölkədən 80 məruzəçinin çıxış etdiyi simpoziumda prof. Fuat Sezginin şəxsiyyəti, elmi fəaliyyəti, əsərləri, dünya elm tarixinə və bəşəriyyətə verdiyi töhfələr haqqında geniş müzakirələr aparılıb. Dosent Anar Qafarov simpoziumda “İslam dünyası elmi baxımdan niyə tənəzzülə uğradı? Fuad Sezgin görüşləri müstəvisində” mövzusunda məruzə ilə çıxış edib.
A.Qafarov F.Sezginin bu məsələ ilə bağlı qeyd etdiyi mühüm məqamlardan söhbət açaraq, İslam dünyasının elmi baxımdan zəifləməsinin və durğunluq dövrü yaşamasının tarixi, siyasi və elmi səbəblərini açıqlayıb. “Beytül-hikmə” Tərcümə Mərkəzinin fəaliyyətindən danışan A.Qafarov müsəlman elm adamlarının dünya elminə verdikləri töhfələrdən bəhs edib.
Məlumat üçün bildirək ki, Aİİ-nin müəllimi dosent A.Qafarov müxtəlif beynəlxalq konfranslarda elmi mühazirələrlə çıxış edib. Tərcümə, naşir, elmi redaktor, tək və ortaq müəllifi olduğu 13 kitabı, 4 monoqrafiyası var. Ölkəmizdə və xaricdə nüfuzlu jurnallarda 20-dən çox məqaləsi nəşr edilib.
Tural





 
Bölməyə aid digər xəbərlər
28.01.2020
ÜST koronavirusla mübarizə üçün Çinə ekspertlər göndərəcək
28.01.2020
Azərbaycanda güclü zəlzələlər bu zonalarda ola bilər
28.01.2020
“Vikipediya”nın Azərbaycan bölməsində məqalələrin sayı 155 min olacaq
28.01.2020
“Tələbə və magistrlər “Vikipediya” hərəkatında fəallıq təşkil edirlər”
28.01.2020
Sosial Tədqiqatlar Mərkəzi Azərbaycan telekanallarının xəbərlər proqramlarının reytinqini açıqlayıb

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Ağasəf Babayev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11440

1 Çalışacağıq ki, futbol pərəstişkarları məmnun qalsınlar
2 Turizm şirkətlərinə mülki məsuliyyət sığortası tətbiq ediləcək
3 Ermənistanda sosial narazılıq artır: fermerlərin kütləvi mitinqi bütün ölkəyə yayılır
4 ABŞ “doğum turizmi”nə qarşı mübarizə aparmaq qərarına gəlib
5 Ehsan Zahidov: “Salyanda polisin qıza təcavüz etməsi barədə məlumat tamamilə əsassız və uydurmadır“


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info