Ticarət mərkəzlərində yanğınların qarşısının alınması üçün nələr edilməlidir?
Tarix: 09.10.2019 | Saat: 13:17:00 | E-mail | Çapa göndər


Bakıda məşhur ticarət mərkəzləri son zamanlar həm də insan faciələrinin yaşandığı məkanlar kimi xatırlanır. "Diqlas"dan sonra "Binə" ticarət mərkəzində baş verən yanğınlar onlarla, yüzlərlə sahibkarı ciddi problemlərlər qarşı-qarşıya qoydu.
Faciələr həm də sığortadan tutmuş təhlükəszilik məsələlərinə qədər indiyə kimi bir çox ciddiyə alınmayan məqamların vacibliyini gündəmə gətirdi.
Bəs belə xoşagəlməz hadisələrdən qaçmaq üçün hansı addımlar atılmalı, önləyici tədbirlər görülməlidir?
Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev KİV-ə deyib ki, mərkəzləşmiş soyutma-isilik sistemlərinin olmadığı ticarət mərkəzlərində yanğın hadisələrinin baş verməsi qaçılmazdır:
"Qarşıdan qış gəlir. Xeyli sayda belə ticarət mərkəzləri vardır ki, onlar da, demək olar ki, mərkəzləşdirilmiş isitmə-soyutma sistemləri yoxdur. Orada olan onlarla, yüzlərlə obyeklər isə qışda isinmək üçün elektrik qızdırıcılarından istifadə edirlər. Hətta 15-20 kv metrlik bir obyektdə iki elektrik qızdırıcıdan və bir də yemək hazırlamaq üçün olan elektrik plitələrindən istifadə etdiyinin şahidi də olarıq. Siz təsəvvür edin onlarla, yüzlərlə obyek bu cür elektrik qızdırıcılarından istifadə edir. Bu da, öz növbəsində, elektrik xətlərində yüklənməyə səbəb olur ki, yanğın təhlükəsi qaçılmaz olur. Baş verən yanğınların səbəblərinə baxsaq, görərik ki, bunların, demək olar ki, çoxu elektrik qısaqapanmasından baş verən yanğınlardır.
Ona görə hesab edirəm ki, obyektərdə elektrik naqillərinin qüsursuz və zədəsiz olmasına diqqət yetirilməli, obyektdə gündəlik dövr üçün istifadə olunan elektrik enerji sərfiyyatına texniki göstəriciləri uyğun elektrik naqilləri quraşdırılmalıdır. Bu da elektrik naqillərində qızma, alışma və qısaqapanmanın baş verməsini yaratmaz ki, nəticədə yanğın təhlükəsinin qarşısını alar".
Ekspert hesab edir ki, insanların çox istifadə etdiyi böyük ticarət mərkəzləri yanğın təhlükəsizliyi məsələsinə daha ciddi yanaşmalı, həm insanların həyatının, həm əmlaklarını potensial təhlükə risklərindən qorumalıdır. Orada çalışan işçilər də yanğın təhlükəsizliyinə ciddi əməl etməli, siqareti təyin olunmuş yerdə çəkməkdən tutmuş, açıq alovdan istifadə etməməyə qədər və ən əsası iş vaxtı bitdikdən sonra obyekti tərk edərkən elektrik cərəyanına qoşulu qalan cihazların olmamasına diqqət etməlidir.
Təbii ki, müştərilər də yanğın təhlükəsizliyinə riayət etməli, siqareti çəkib hara gəldi atmalı deyil".




 
Bölməyə aid digər xəbərlər
14.10.2019
“Özbəkistanın Türk Şurasında iştirakı təşkilatı daha da gücləndirəcək“
14.10.2019
Mehriban Əliyeva: Böyük alim Vasim Məmmədəliyevin əziz xatirəsi daim qəlbimizdə yaşayacaq
14.10.2019
Ərdoğan: Türkiyə Suriyanın ərazi bütövlüyünün qorunmasının tərəfdarıdır
13.10.2019
Məşhur terrorçuların qəhrəmanlaşdırılması Ermənistanda çox aktualdır
12.10.2019
Prezident İlham Əliyev tutarlı cavabı ilə Paşinyanın iddialarını darmadağın etdi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10913

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Azərbaycanda sifilis xəstəliyinə yoluxmuş insanların sayı artıb
3 Ankarada “Buta Bakı“
4 Prezident Əli Əsədovun Baş nazir təyin edilməsi haqqında Sərəncam imzalayıb
5 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info