Türkiyənin xarici işlər naziri Əlcəzairdə səfərdədir
Tarix: 09.10.2019 | Saat: 14:01:00 | E-mail | Çapa göndər


Xarici işlər naziri Mövlud Çavuşoğlu Əlcəzairin bölgəsi üçün, İslam dünyası üçün çox əhəmiyyətli bir ölkə olduğunu bildirdi.

Çavuşoğlu rəsmi səfərdə olduğu Əlcəzairdə xarici işlər naziri Səbri Bukadum tərəfindən qarşılandı.
Çavuşoğlu qarşılanma mərasimindən sonra jurnalistlərə verdiyi açıqlamada həmkarının dəvətinə görə Əlcəzairdə olmaqdan məmnunluğunu dilə gətirdi.
Türkiyə və bölgədəki vəziyyətə baxmayaraq Əlcəzairə səfər edəcəyinə dair vədini yerinə yetirdiyini bildirən Çavuşoğlu "Əlcəzair ilə əlaqələrimizə çox əhəmiyyət veririk. Keçirəcəyimiz görüşlərdə bunları müzakirə edəcəyik. Cənab prezident, hörmətli baş nazir və hörmətli Məclis sədri ilə görüş imkanımız olacaq. Əlcəzair bu bölgə üçün, İslam dünyası üçün çox əhəmiyyətli bir ölkə. Əlcəzair sabitliyi Türkiyə üçün çox əhəmmiyətlidir" dedi.
Çavuşoğlu çox sayda türk şirkətinin Əlcəzairdə fəaliyyət göstərdiyini də xatırladaraq, "Biz onlarla fəxr edirik. Əlcəzair dövlətinə şirkətlərimizə göstərdikləri etimada və dəstəyə görə təşəkkür edirik" ifadəsini işlətdi.




 
Bölməyə aid digər xəbərlər
14.10.2019
Maqnit qasırğası gözlənilir?
14.10.2019
Bu gün iqtisadiyyat sahəsində 2019-cu il üzrə Nobel mükafatı laureatının adı açıqlanacaq
14.10.2019
Bakıda Türk Şurası ölkələrinin xarici işlər nazirlərinin iclası keçirilir
13.10.2019
Trampdan Türkiyəyə sanksiya mesajı: Gözləyin...
13.10.2019
Ərdoğan sabah Azərbaycana səfər edəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10913

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Azərbaycanda sifilis xəstəliyinə yoluxmuş insanların sayı artıb
3 Ankarada “Buta Bakı“
4 Prezident Əli Əsədovun Baş nazir təyin edilməsi haqqında Sərəncam imzalayıb
5 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info