Yazıçı və tərcüməçi Babaxan Şərifin 70 illik yubiley tədbiri və “Özbəkistan-Azərbaycan lüğəti”nin təqdimatı keçirilib
Tarix: 09.10.2019 | Saat: 15:51:00 | E-mail | Çapa göndər


Oktyabrın 9-da Beynəlxalq Mətbuat Mərkəzində Özbəkistan Yazıçılar Birliyinin üzvü, yazıçı, tərcüməçi, ədəbiyyatşünas alim, Azərbaycan-Özbəkistan ədəbi əlaqələrinin genişləndirilməsində xidmətlər göstərmiş Babaxan Şərifin 70 illik yubiley tədbiri və “Özbəkistan-Azərbaycan lüğəti”nin təqdimatı keçirilib. Tədbir “Kaspi” qəzeti və Özbəkistandakı Heydər Əliyev adına Mədəniyyət Mərkəzi tərəfindən təşkil olunub.
AZƏRTAC xəbər verir ki, tədbirdə “Kaspi” qəzetinin təsisçisi Sona Vəliyeva çıxış edərək Azərbaycan-Özbəkistan ədəbi əlaqələrindən, bu əlaqələrin dərinləşdirilməsində yazıçı, tərcüməçi, ədəbiyyatşünas alim Babaxan Şərifin səmərəli xidmətlərindən danışıb. B.Şərifin öz həyatını, taleyini büsbütün elmə, ədəbiyyata, sözə bağladığını deyən Sona Vəliyeva onun nəşr etdirdiyi kitabların, tərcümə əsərlərinin əhəmiyyətini vurğulayıb. Mətbuat Şurasının sədr müavini Umud Rəhimov, Milli Məclisin deputatı Qənirə Paşayeva və digər çıxış edənlər də yazıçı Babaxan Şərifin iki ölkə arasında ədəbi əlaqələrə verdiyi töhfələrdən söz açıb, yubileyi münasibətilə onu təbrik ediblər. Eyni zamanda, təqdim olunan “Özbəkistan-Azərbaycan lüğəti”nin əhəmiyyəti barədə fikirlərini bildiriblər. Tədbirdə yazıçı Babaxan Şərifə mükafatlar və hədiyyələr təqdim olunub.




 
Bölməyə aid digər xəbərlər
13.10.2019
Azərbaycanlı modelyer şəxsi kolleksiyasını nümayiş etdirib
13.10.2019
Milli Kitabxanada “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası-10” adlı kitab sərgisi açılıb
12.10.2019
Əməkdar artist Yaqub Zurufçunun solo-konserti anşlaqla keçib
12.10.2019
Bakıda “Kitabi-Dədə Qorqud” dastanına həsr olunmuş dəyirmi masa təşkil edilib
11.10.2019
Səhnənin “Küllücə”si

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10913

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Azərbaycanda sifilis xəstəliyinə yoluxmuş insanların sayı artıb
3 Ankarada “Buta Bakı“
4 Prezident Əli Əsədovun Baş nazir təyin edilməsi haqqında Sərəncam imzalayıb
5 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info