Masallıda peşə təmayüllü siniflər yaradılıb
Tarix: 09.10.2019 | Saat: 16:00:00 | E-mail | Çapa göndər


9 oktyabr 2019-cu il tarixdə Azərbaycan Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri, Təhsil İnstitutunun direktor əvəzi Emin Əmrullayev Masallı şəhər 4 nömrəli tam orta məktəbdə təmayül və 3-4 yaşlı məktəbəqədər qruplara baxış keçirib.
Azərbaycan Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri, Təhsil İnstitutunun direktor əvəzi E.Əmrullayev peşə təmayüllü siniflərdə olarkən bildirdi ki, X-XI sinif şagirdləri üçün nəzərdə tutulan peşə təmayüllü siniflərin yaradılmasında məqsəd ümumi orta təhsil bazasında təhsilalanların müxtəlif peşələr üzrə ilkin bilik və bacarıqlara yiyələnməsi, peşə ixtisasları barədə məlumatlandırılmaqla əmək bazarına, eləcə də peşə təhsilinə hazırlanmasıdır. Təhsilalanlara ilkin sahibkarlıq bacarıqlarının aşılanması, əmək bazarının peşəyönümü hazırlıqlı və əmək qabiliyyətli şəxslərlə təmin edilməsi də layihənin əsas məqsədlərindən biridir.
Peşə təmayüllü siniflərdə tam orta təhsil səviyyəsində təlim müvafiq fənlərə üstünlük verilməklə Təhsil Nazirliyi tərəfindən təsdiq edilən tədris planı və modul spesifikasiyası üzrə təhsilalanların meyil, maraq və qabiliyyətlərinə uyğun istiqamətlər üzrə təmayülləşmə əsasında təşkil ediləcək.
Azərbaycan Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri, Təhsil İnstitutunun direktor əvəzi E.Əmrullaye qeyd etdi ki, peşə təmayüllü siniflərin yaradılacağı ümumi təhsil müəssisələrinin IX sinfini bitirmiş şəxslər bu siniflərə qəbul ediləcəklər. Peşə təmayüllü siniflərdə təhsil dövlət hesabına həyata keçiriləcək.

Əlihüseyn Şükürov




 
Bölməyə aid digər xəbərlər
13.10.2019
Sabah ölkə ərazisində hava əsasən yağmursuz keçəcək
12.10.2019
Qubada keçirilən “Alma bayramı”nda 20 minə yaxın insan iştirak edib
12.10.2019
Vilayət Eyvazovdan yeni təyinatlar
11.10.2019
Masallıda 18 oktyabr –“Dövlət Müstəqilliyi Günü” nə həsr olunmuş cüdo idman növü üzrə rayon birinciliyi keçirilib
11.10.2019
Masallıda “Dini radikalizm və narkomaniya ilə mübarizədə təhsilin rolu“ mövzusunda tədbir keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10913

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Azərbaycanda sifilis xəstəliyinə yoluxmuş insanların sayı artıb
3 Ankarada “Buta Bakı“
4 Prezident Əli Əsədovun Baş nazir təyin edilməsi haqqında Sərəncam imzalayıb
5 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info