Bakı Ali Neft Məktəbi Prezident təqaüdçülərinin sayına görə ilk sıralardadır
Tarix: 09.10.2019 | Saat: 16:05:00 | E-mail | Çapa göndər


Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov 2019-cu ildə BANM-ə daxil olmuş və göstərdikləri yüksək nəticələrə görə Prezident təqaüdünə layiq görülmüş tələbələrlə görüşüb.
Rektor Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin “2019/2020-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi” haqqında 9 sentyabr 2019-cu il Sərəncamına əsasən, Bakı Ali Neft Məktəbinin 23 tələbəsinin bu təqaüdə layiq görüldüyünü qeyd edib. O Ali Məktəbin yarandığı ildən bu günə qədər Prezident təqaüdçülərinin sayının 150 nəfərə çatdığını bildirib.
E.Qasımov indiyədək böyük rəqabətin qeydə alındığı I qrupda Bakı Ali Neft Məktəbinin maksimal sayda Prezident təqaüdçüsü ilə təmsil olunduğunu deyib.
“Müvafiq Sərəncamla, bu il ümumilikdə, 102 nəfər Prezident təqaüdçüsü adını qazanıb. Ali Məktəbimizin 23 Prezident təqaüdçüsündən 15 nəfər BANM-in “İnformasiya təhlükəsizliyi” ixtisasını, 5 nəfər “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasını, 2 nəfər “Kimya mühəndisliyi” ixtisasını, 1 nəfər isə “Neft-qaz mühəndisliyi” ixtisasını seçib”- deyə E.Qasımov əlavə edib.
E.Qasımov hər bir təqaüdçünün ən ali səviyyədə göstərilən bu etimadı doğruldacağına əminliyini ifadə edib. Eyni zamanda, o Prezident təqaüdçülərinin Ali Məktəbə olan marağını yüksək qiymətləndirib və tələbələrin bu önəmli seçiminin onların gələcək karyerasında böyük rol oynayacağını vurğulayıb.
Prezident təqaüdçülərinin bu uğurunda orta təhsil müəssisələrinin, müəllimlərin və valideynlərin də xüsusi zəhməti olduğunu xatırladan rektor gələcək dərslərində tələbələrə müvəffəqiyyətlər arzulayıb. Tələbələr isə onların təhsil almaları üçün yaradılmış yüksək şəraitə görə minnətdarlıqlarını bildiriblər. Qeyd edək ki, BANM-in Prezident təqaüdçülərinin 9-u qız və 14-ü oğlandır. Təqaüdçülər ixtisas seçimində “İnformasiya təhlükəsizliyi” ixtisasına üstünlük veriblər. Təsadüfi deyil ki, bu ixtisas respublika üzrə ən yüksək keçid balı ilə “İlin ixtisası” olub. “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası da ölkə universitetləri arasında ən yüksək keçid balı olan ixtisas kimi qeydə alınıb.




 
Bölməyə aid digər xəbərlər
22.02.2020
Xüsusi peşə təhsili müəssisələrinin vəzifələri artırılıb
22.02.2020
Xocalı soyqırımı təkcə Azərbaycanda deyil, daha geniş miqyasda xatırlanır
22.02.2020
Fevralın 23-də Respublika fənn olimpiadalarının yarımfinal turu keçiriləcək
22.02.2020
Birinci siniflərlə bağlı qərar verildi: bütün ölkədə bir sistem olacaq
21.02.2020
ANA dilimiz - mənəvi sərvətimiz

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11453

1 “Qarabağda Ermənistanin heç biri tarixi irsi yoxdur” mövzusunda konfrans keçirilib
2 Tural İsmayılov: “İtaliya Azərbaycanın ərazi bütövlüyünü, münaqişənin ədalətli və beynəlxalq hüquq əsasında həllini dəstəkləyir”
3 “Bu ilin “Könüllü ili” elan olunması gənclərin inkişafı üçün böyük təkandır”
4 Münhen dərsi: Prezident bütün dünyaya sübut etdi ki, Qarabağ Azərbaycandır!
5 Altı il ərzində Ermənistanın dövlət borcu iki dəfə artıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info