Qarabağ separatçısı Paşinyanı öldürməklə hədələdi
Tarix: 09.10.2019 | Saat: 23:38:00 | E-mail | Çapa göndər


Azərbaycanın işğal altındakı torpaqlarında yaradılmış qondarma rejimin "Milli Təhlükəsizlik Şurasının" keçmiş katibi Vitali Balasanyan Ermənistanın Baş naziri Nikol Paşinyanı və "Sasna Tsrer" terrorçularını fiziki məhv etməklə hədələyib.
V.Balasanyan bildirib ki, Paşinyanı hakimiyyətə Qərbdəki "məşhur mərkəzlər" gətirib.
"Və onlar da Paşinyanı idarə edirlər və nə etməli olduğu barədə göstərişlər verirlər", - deyə V.Balasanyan qeyd edib
Balasanyan 2016-cı ildə Yerevanda post-patrul polisi alayının binasının "Sasna Tsrer" terrorçuları tərəfindən ələ keçirilməsini xatırladıb. Onun sözlərinə görə, Paşinyan binanın ələ keçirilməsindən sonra başlayan etirazları idarə etməyə cəhd göstərib.
O, Paşinyanın bu yaxınlarda "Sasna Tsrer" partiyasının liderləri Qaregin Çuqaszyanla və Jirayr Səfilyanla Baş nazirin iqamətgahında görüşdüyünü bildirib. Söyləyib ki, bu görüş başqa cür düşünənlərə qarşı təzyiq cəhdidir.
"Nikol Paşinyan hamını, o cümlədən, məni qorxutmağa çalışır. O, özünün döyüşkən qanadının olduğunu mesaj verir. Demək istəyir ki, bir barmağının işarəsi ilə bizimlə fiziki haqq-hesab çəkərlər", - deyə V.Balasanyan əlavə edib.
Qarabağ separatçısı Paşinyana və "Sasna Tsrer"ə xəbərdarlıq edib ki, belə söhbətlərə girişməsinlər, əks təqdirdə onlara cavab veriləcək:
"Paşinyan və onun tərəfdarları qorxaqdırlar. Biz 2016-cı ildə o terrorçuları bağışladıq, öldürmədik. Ancaq indi bəyan edirəm ki, mənə, xalqımıza, dövlətimizə qarşı təxribat həyata keçirməyə cəhd göstərsələr, hamısını fiziki olaraq məhv edəcəyik".
(Oxu.az)




 
Bölməyə aid digər xəbərlər
14.10.2019
Maqnit qasırğası gözlənilir?
14.10.2019
Bu gün iqtisadiyyat sahəsində 2019-cu il üzrə Nobel mükafatı laureatının adı açıqlanacaq
14.10.2019
Bakıda Türk Şurası ölkələrinin xarici işlər nazirlərinin iclası keçirilir
13.10.2019
Trampdan Türkiyəyə sanksiya mesajı: Gözləyin...
13.10.2019
Ərdoğan sabah Azərbaycana səfər edəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10913

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Azərbaycanda sifilis xəstəliyinə yoluxmuş insanların sayı artıb
3 Ankarada “Buta Bakı“
4 Prezident Əli Əsədovun Baş nazir təyin edilməsi haqqında Sərəncam imzalayıb
5 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info