Məktəblilər üçün “Heydər Əliyev və Masallı” mövzusunda tarix dərsi keçirilib
Tarix: 10.10.2019 | Saat: 09:04:00 | E-mail | Çapa göndər



Oktyabrın 9-da Masallıdakı Heydər Əliyev Mərkəzində şəhər 3 nömrəli tam orta məktəbinin şagirdləri üçün “Heydər Əliyev və Masallı” mövzusunda tarix dərsi keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə çıxış edən mərkəzin direktoru Dilbər İbayeva şagirdlərə Ulu Öndər Heydər Əliyevin Masallı rayonuna səfərləri haqqında geniş məlumat verib. Bildirib ki, ümummilli lider Heydər Əliyev Masallı rayonuna tarixi səfərləri zamanı ictimaiyyətin nümayəndələri ilə görüşərək rayonun sosial-iqtisadi inkişafı üçün irimiqyaslı işlər görüb.
1980-ci ilin payızında Azərbaycan KP MK-nın birinci katibi kimi Heydər Əliyevin Masallıya səfər etdiyini xatırladan D.İbayeva deyib: “Masallı sakinləri Heydər Əliyevi böyük sevinclə, gül-çiçəklə qarşıladılar. Ona rayonun sosial-iqtisadi inkişafı barədə məlumatlar verildi”.
Şərəfə kənd orta məktəbinin tarix müəllimi, Azərbaycan SSR Ali Sovetinin deputatı olmuş Sərmayə Musayeva Heydər Əliyevlə bağlı xatirələrini bir daha yada salıb: “Çox həyəcanlı idim, amma Ulu Öndərin sadəliyi və səmimiyyəti həyəcanıma son qoydu. O, dövrün bütün gəncləri kimi, mənim də həyatımda bu görüşün çox böyük rolu oldu. Ulu Öndərlə görüşüm və onun tövsiyələri həyatımda dönüş, özümə inam yaratdı...”
Diqqətə çatdırılıb ki, ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrlərdə ölkəmizin bütün regionları ilə yanaşı, Masallı rayonunun inkişafına da böyük diqqət və qayğı göstərib, vətəndaşların həyat şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm işlər həyata keçirib.
Qeyd edək ki, ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə Masallı rayonunda kənd təsərrüfatının inkişafı şaxələnərək geniş vüsət alıb. Onun diqqəti və qayğısı sayəsində rayonda çay plantasiyaları salınmasının əsası qoyulub.
Ulu Öndərin rəhbərliyi ilə Masallının tərəvəzçilik, əkinçilik və heyvandarlıq rayonu olduğu nəzərə alınaraq suya olan tələbatı ödəmək üçün Viləşçay Su Dəryaçasının tikintisi başa çatdırılıb.
Masallı şəhərində, o cümlədən ölkəmizin cənub bölgəsində vətəndaşların mənzil şəraitlərinin yaxşılaşdırılması məqsədi ilə Ulu Öndərin təşəbbüsü ilə Masallı Panel Zavodu, cənub bölgəsinin fasiləsiz elektrik enerjisi ilə təmin etmək məqsədi ilə 1982-ci ildə Masallı Elektrik Yarımstansiyası tikilib istifadəyə verilib.




 
Bölməyə aid digər xəbərlər
06.12.2019
Yeni marşrut xətti: Əliçıraq yaşayış massivinin sakinləri üçün şad xəbər
06.12.2019
“Atəşgah”ın əməkdaşları “Nəsimi-650” ağacəkmə layihəsinə qatılıblar
06.12.2019
Qədim Naxçıvan XXI əsrə qədər keçdiyi yolda ən uca zirvəyə yüksəlib
06.12.2019
Bu gün Azərbaycanın bütün regionlarında ağacəkmə kampaniyası keçiriləcək
05.12.2019
“İnsan kapitalı” layihəsi başa çatdı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11400

1 SOCAR-ın yeni vitse-prezidenti kollektivə təqdim olunub
2 Prezident əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı sərəncam imzaladı
3 Elmar Qasımov 8 illik uğur sirlərini açıqladı
4 Konstitusiya Məhkəməsi: Milli Məclisin buraxılması Konstitusiyaya uyğundur
5 Prezident Administrasiyasında yeni şöbə müdiri təyin edildi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info