Ata yurdum Gəncəni xoş xatirələrlə yad edirəm
Tarix: 10.10.2019 | Saat: 09:11:00 | E-mail | Çapa göndər



Ukraynanın ədəbiyyat sahəsində uğur qazanmış ən görkəmli azərbaycanlılarından biri də Qriqori Hüseynovdur. Bəlkə də onun adı Azərbaycanda və ya ata yurdu Gəncədə az tanınır, ancaq Ukraynada Hüseynov təkcə cəmiyyətin mədəni və intellektual elitası tərəfindən deyil, həm də görkəmli yazıçı kimi onun kitabları ilə böyüyən bir neçə ukraynalı nəsil tərəfindən tanınır. O, Ukrayna Prezidenti tərəfindən mədəniyyət, ədəbiyyat və incəsənət sahəsində ölkənin ən yüksək dövlət mükafatı - Taras Şevçenko adına Milli Mükafatı almış yeganə azərbaycanlıdır. Xarici ölkələrdə daxil olmaqla 20-yə yaxın ədəbi mükafatın qalibidir. 70 yaşlı soydaşımız AZƏRTAC-a müsahibəsində həm Gəncəni xatırlayıb, həm də həyat yolundan danışıb.

Ata yurdum Gəncəni xoş xatirələrlə yad edirəm

Soydaşımız uşaqlıq illərini xoş xatirələrlə xatırladığını və bununla bağlı 1999-2005-ci illərdə kitab yazdığını qeyd edib. Həmin kitab Ukraynada ilin ən yaxşı kitabı seçilib. Q.Hüseynovu məşhurlaşdıran “Stansiya pastoralları. Uşaqlığının etirafı” kitabı özünün uşaqlığından bədii şəkildə bəhs edir. Müəllif bildirir ki, Ukrayna oxucuları üçün bu kitab misilsizdir. Çünki burada ukraynalı oxucu üçün sadə və başa düşülən şəkildə İkinci Dünya müharibəsi, müharibədən sonrakı dövrdə adi ukraynalılarla azərbaycanlıların münasibətlərindən bəhs edilib.
“Kitabda ən çətin anlarda insanların bir-birlərinə necə kömək etməsi və ukraynalı anası və azərbaycanlı atasının sevərək ailə qurması haqqında fikirlər də yer alıb. Həmçinin, kitabda müharibədən əvvəl xalça istehsalçısı olan atası Camalın Vətəni Gəncəyə ilk səfərini ürəkdən xatırlayır. Düşünürəm ki, azərbaycanlılar üçün Gəncənin 50 il əvvəl necə göründüyü barədə oxumaq maraqlı olacaq, - deyə soydaşımız əlavə edib.

Azərbaycan icmalarının işində yaxından iştirak edirəm

40-dan artıq kitab müəllifi olan Q.Hüseynov hazırda yeni “Şərqdən külək” kitabını çap etməyə hazırlaşır. Kitabda keçən əsrin əvvəllərindən bu yana Ukraynada yaşayan Xivə xanlar sülaləsinin tarixi haqqında da məlumat verilir. 10-dan artıq kitabın müəllifi olduğunu vurğulayan Q.Hüseynov, həm də ictimai fəaliyyətlə məşğul olduğunu bildirib.
“Azərbaycan mənim ata Vətənimdir. Ukraynada Azərbaycan icmalarının işində, onların təşkilatlanmasında yaxından iştirak etməklə, Azərbaycanla bağlı tədbirlərə tez-tez qatılıram”, - deyə Q.Hüseynov əlavə edib. İkinci Dünya müharibəsi zamanı Ukraynanın alman faşistlərindən azad edilməsində azərbaycanlıların böyük xidmət göstərdiklərini deyən soydaşımız, onların bu qəhrəmanlığı haqqında kitab yazacağını da söyləyib.




 
Bölməyə aid digər xəbərlər
01.07.2020
AZAL iyulun 4-də İstanbula əlavə xüsusi reys yerinə yetirəcək
01.07.2020
Azərbaycanda Həcc ziyarəti ilə bağlı ödənişlərin bir hissəsi artq qaytarılıb
01.07.2020
İcazəsi olmayan nəqliyyat vasitələri videomüşahidə kameraları ilə müəyyən ediləcək
01.07.2020
Builki meyvə qıtlığının səbəbi açıqlandı
01.07.2020
“Məhkəmə ekspertinin etik davranış kodeksi” təsdiq edilib

Şərh əlavə olunmayıb

    ,    
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11542

1 Mingəçevirdə Dövlət Rəmzləri Muzeyi açılıb
2 Birinci vitse-prezident Mehriban Əliyeva hərbi qulluqçuları və veteranları Silahlı Qüvvələr Günü münasibətilə təbrik edib
3 Moskvada Qələbə paradı necə keçdi-VIDEO
4 Karatin tədbirləri sərtləşdirilməli, cərimələrin məbləği artırılmalıdır
5 “Koronavirus İkinci Dünya müharibəsindən sonra üzləşdiyimiz ən böyük təhdiddir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info